12px14px16px18px

Jurnalistlərə Cenevrəyə getmək imkanı yaradılır

14:41 / 18.04.2012
Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: “Beynəlxalq Əmək Təşkilatı (İLO) 23-25 may 2012-ci ildə Cenevrə şəhərində keçiriləcək Gənclərin Məşğulluğu Forumunu KİV-də məqalələr, müsahibələr vasitəsilə işıqlandıracaq 5 jurnalistə Cenevrə şəhərinə səfər etmək imkanı yaradacaq. Seçilmiş jurnalistlərin Cenevrəyə səfərləri ilə bağlı beynəlxalq nəqliyyat və mehmanxana xərclərini İLO Katibliyi ödəyəcək. Müsabiqə şərtlərinə görə, jurnalistlərin yaşı 30-dan aşağı olmalıdır. Onlar jurnalistika təcrübəsinə malik olmalı, ingilis, fransız və yaxud ispan dilini işçi səviyyədə bilməlidir. BMT-nin digər rəsmi dillərindən hər hansı birini də bilmək faydalıdır. Müsabiqədə iştirak etmək niyyətində olan jurnalistlərdən bu məlumatların 18 aprel 2012-ci il tarixinədək [email protected] (subject: “İ am a young journalist”) elektron ünvanına göndərmələri xahiş olunur: tərcümeyi-hal; iştirak etməyin səbəblərini əks etdirən müşayiət məktubu; namizədlərin jurnalistika təcrübəsini əks etdirən iki-üç məqalə, video material və s”.


Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar