12px14px16px18px

Sərdar Cəlaloğlu: “Lalə Şövkəti məmnuniyyətlə qəbul edərdik, Əvəz Temirxana yaxşı baxmırlar”

14:36 / 18.04.2012
“Məsləhətləşmələrdə yalnız beş partiyanın iştirakının birmənalı qarşılanmaması təbiidir. Çünki düşünülən kimi, ölkədə çox partiya yoxdur”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Aprelin 15-də Xalq Cəbhəsi, Müsavat, Demokrat, Milli İstiqlal və Klassik Xalq Cəbhəsi partiyalarının sədrləri arasında keçirilən görüşdən danışan S. Cəlaloğlu bildirib ki, əsas müzakirə mövzusu Azərbaycanda partiyalaşma məsələsində ortaya çıxan problemlər olub: “İctimai Palatanın aprelin 22-nə təyin etdiyi mitinqə dair ciddi müzakirələr olmasa da, bununla bağlı fikir və mülahizələrimi onlara çatdırdım. Mitinqlərin mövqesizliyi və aktuallığı barədə düşüncələrimi bildirdim. Lakin görüşdə iştirak edən digər partiyaların mitinqə qatılması təşəbbüsünə dair hər hansı müzakirə olmayıb”. S. Cəlaloğlu görüşün məlum çərçivədə keçirilməsinin səbəblərini belə izah edib: “Ölkədə dövlət qeydiyyatından 54 partiya keçib, lakin faktiki olaraq bu təşkilatlardan yalnız 6-7-si nizamnamələrinə uyğun fəaliyyət göstərmək imkanına malikdir. Bu görüşdə də demək olar ki, əsas partiyalar təmsil olunub. Kənarda qalan partiyalardan Ümid Partiyası ilə bağlı Müsavat Partiyasının mövqeyi fərqlidir. Onlar Ümid Partiyası ilə əməkdaşlıq etmək istəmirlər. Liberal Partiyasına gəlincə, bu təşkilat ayrı blok formalaşdırıb və bizdən fərqli olaraq özünün ayrıca siyasi xətti mövcuddur. Zorla Liberal Partiyasını müzakirələrə cəlb edə bilmərik. Digər tərəfdən, partiyanın lideri Lalə Şövkət ümumiyyətlə, bu proseslərdə iştirak etmir. Qurumun sədri Əvəz Temirxanın isə bu məsələlərdə iştirakına yaxşı baxmırlar. Lalə Şövkət özü müzakirələrə qatılmaq niyyətində olsaydı, böyük məmnuniyyətlə onunla bu məsləhətləşmələrə qatılardıq. Hələ ki onlar tərəfindən belə bir təşəbbüs yoxdur”.


Bu yazı ( 56 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar