12px14px16px18px

Rafiq Tağının ailə üzvləri ilə onu əməliyyat edən həkim arasında üzləşmə aparılıb

00:01 / 17.04.2012
Bir müddət əvvəl qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının ailə üzvləri Baş Prokurorluqda olublar. Bu barədə APA-ya yazıçının qardaşı İlqar Tağıyev məlumat verib. İ. Tağıyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin böyük müstəntiqi Nadir Mirzəyevlə görüşdüklərini deyib: “Görüş zamanı Rafiq Tağını əməliyyat edən və onun müalicəsini həyata keçirən həkim Nizaməddin Əsgərovla bizim aramızda üzləşmə aparıldı. Rafiq Tağı dünyasını dəyişərkən onun yanında mən və bacım oğlu olduğu üçün üzləşmə bizimlə həkim arasında aparıldı. Mən Rafiq Tağının vaxtından əvvəl palataya köçürülməsinin, onun qusmasının səbəblərini soruşdum. Həkim də suallarıma cavab verdi. Lakin istintaq sirri olduğundan onun cavablarını ictimaiyyətə açıqlamaq düzgün olmaz. Nizaməddin Əsgərovun ifadəsi də alındı. Lakin istintaqın gedişində hələ ki yenilik yoxdur”.
Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.



Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar