12px14px16px18px

Bayılda yaşayış binasında təhlükəli vəziyyət yaranıb

00:15 / 12.04.2012
Bakının Səbail rayonunun Bayıl yaşayış massivindəki I Buxta küçəsi, 39 ünvanında yerləşən 2 mərtəbəli evdə çatlar əmələ gəlib. Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov “Trend-“ bildirib ki, 1888-ci ildə tikilmiş bu bina 10 ildən artıq Bakıda baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. İ.Kərimov bildirib ki, 3-4 ay bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə binaya baxış keçirilib. Binanın yenidən təmir olunmasına qərar verilib. Bunun üçün Səbail rayon İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinə müraciət edəcək. İ.Kərimov hazırda bina sakinlərinin öz mənzilində yaşadığını da söyləyib.




Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar