12px14px16px18px

Nazirlər Kabinetindən məcburi köçkünlərlə bağlı yeni qərar

00:34 / 11.04.2012
Azərbaycan Nazirlər Kabineti büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Artur Rəsizadənin imzaladığı sənədə əsasən “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2013-cü il yanvarın 1-dək uzadılıb.
Qərarın icrası ilə bağlı Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tabeliyində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirmək, görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırığı verilib. Qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minib.




Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar