12px14px16px18px

Hər şagirdə fərdi yanaşma olmalıdır

00:19 / 11.04.2012
Bəşəriyyətin əldə etdiyi elmi-texniki,əxlaqi dəyərlərə yiyələnmə,hər bir gənc nəslin bir vətəndaş kimi yetişməsində mühüm amillərdən biridir. Bunların sırasında müasir təhsilin imkanları daha genişdir. Belə ki, bu işlərin böyük bir hissəsi təhsilin keşiyində duranların üzərinə düşür.Hər bir pedaqoq tədris prosesini planlaşdırarkən təlimin məzmununu, məqsəd və vəzifələrini müəyyənləşdirməli,şagirdlərin təhsili, tərbiyəsi, bir şəxsiyyət kimi formalaşması üçün bütün vəzifələrin kompleks həllinə çalışmalıdır. Təhsilə marağın artırılması üçün müəllim tədris materiallarının məzmununu konkrektləşdirməlidir. Belə ki, şagirdlər tədris zamanı yalnız bilgilərə yiyələnmir,eyni zamanda onların təfəkkürləri, nitqi, emosional ovqatları, dünyagörüşləri,əqidələri, mənəvi keyfiyyətləri, estetik və fiziki qabiliyyətləri formalaşmış olur. Hər bir iş ona maraq yaranana qədər çətindir.Əgər işə hər bir kəsdə – istər müəllim olsun, istərsə də şagirdə maraq yaranarsa, o iş maraqla icra ediləcək. Maraqlı iş hər insanda məmnunluq hissi yaradacaq. Müasir təhsilə verilən prinsiplər də belədir. Şagirdlərdə təhsilin hər bir sahəsinə maraq yaratmaq üçün müəllim müasir təhsilə qoyulan prinsiplərə əməl etməlidir. Lakin bu o demək deyil ki,təlimi şagirdin səviyyəsinə endirmək, marağına tabe etdirmək lazımdır. Dahi pedaqoq K.D.Uşinski yazıb ki, oynaya-oynaya oxutmaq ancaq yeddi yaşına qədər olan kiçik uşaqlara aşılanmalıdır.Təhsilə marağın artırılması şagirdlərin fərdi xüsusiyyətlərini öyrənməyi və bilməyi tələb edir.Hər bir şagirdin təfəkkürü, dərketmə qabiliyyəti, imkanı müxtəlif olduğu kimi onlar cəhətlərinə görə də fərdi xüsusiyyətlərə malikdirlər. Lakin bu müxtəlifliyə baxmayaraq, müəllim nəzərdə tutmalıdır ki, bütün normal uşaqlar təhsil ala bilərlər və almalıdırlar. Müəllim bu inamla yaşamasa tədris etdiyi fənnlərə,təhsilə maraq yarada bilməz. Bunun üçün o, şagirdi onun fərdi xüsusiyyətlərinə görə hərtərəfli və diqqətlə öyrənməlidir. Ondakı zəif, nöqsanlı cəhətləri üzə çıxarmağa borcludur. K.D.Uşinski bu barədə yazıb:” Tərbiyəçi insanı bütün gerçəyi ilə tanışmalı, onun bütün zəif və qüvvətli cəhətlərilə, bütün gündəlik xırda ehtiyacları ilə tanış olmalıdır. O, insanı bütün yaşlarda,bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında öyrənməlidir.
Zəif qiymət alan, siniflərdə qalan, məktəbdən yayınmaq istəyən şagirdlərin heç də hamısı təhsilə maraq göstərməyən,oxumaqdan imtina edən ,bacarıqsız, tənbəl şagird deyil, sadəcə hansı yolla olursa-olsun hər bir pedaqoq dərsə marağı onlarda yaratmağa məcburdur. Bu marağı yaratmaq üçün müəllimlər o şagirdləri dərnəklərə cəlb etməlidirlər.”
Məktəblərdə təhsilə marağın artırılması sahəsində “Öyrənməyi öyrən” aylıq tədbirlər kompleksi keçirilməlidir.Bu aylıqda bütün siniflər üzrə şagirdlərin ev tapşırıqlarına sərf etdikləri vaxtlar,oxu və yazı tempi yoxlanılır,oyun yarışlar aparılır,reydlər təşkil edilir.”Öyrənməyi öyrən “ həftəsində hər bir şagird istənilən müəllimdən məsləhət ala bilər.Valideynlər üçün dəyirmi masalar,söhbətlər təşkil oluna bilər. Müəyyən sistemlə aparılan iş öz müsbət nəticəsini verir.Şagirdlərdə təhsilə,təlimə maraq hissi artır,məsuliyyətlərini dərk edir,həvəslə oxuyurlar.Şagirdlərdə təhsil vərdişlərini formalaşdırmaqla yanaşı sinifdənxaric tədbirlərin,şagird təşkilatlarının rolu da əvəzedilməzdir. Odur ki, məktəb pedaqoji kollektivləri, sinif rəhbərləri şagirdlərin müstəqil iş bacarıqlarına alışması üçün sinifdənxaric tədbirlərdən kompleks şəkildə istifadə etməli onların öyrədici və inkişafetdirici səmərəsini yüksəltməlidir.
Xoşbəxt HƏsƏnova
Nərimanov rayonu 93 saylı orta məktəbin müəllimi




Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar