12px14px16px18px

Əhməd Oruc: “Bu, daha çox hakimiyyətin işinə yaradı”

00:12 / 11.04.2012
Xəbər verdiyimiz kimi, ötən həftə sonu İctimai Palatanın təşkilatçılığı ilə Bibiheybət qəsəbəsi, 20-ci sahə adlanan ərazidə müxalifətin uzun müddətdir planlaşdırdığı birgə dinc aksiya həyata keçirildi. Aksiya ilə bağlı diqqətçəkici məqamlar bir-birini əvəzləməkdədir. Artıq bəzi müxalifət partiyaları da aksiya ilə bağlı narazılıqlarını ifadə ediblər. Bəzi partiyalar aksiyada onların iştirakı ilə bağlı yalan məlumatların yayıldığını deyirlər. Hətta bir çoxları aksiyanın xarici dairələr üçün təşkil edildiyini bildirərək, burada başqa maraqların olduğunu söyləyirlər.
Azadlıq Partiyasının sədri Əhməd Oruc “525”in müxbiri ilə söhbətdə İctimai Palatanın keçirdiyi aksiyanın daha çox hakimiyyətin işinə yaradığını bildirib. Onun sözlərinə görə, mitinqin may ayı öncəsində keçirilməsi daha çox hakimiyyətin xeyrinə olub: “Bu liderlərlə, bu enerji və intellektlə hakimiyyətə heç cür təsir etmək olmaz. Milli hökuməti çökdürmüş, hakimiyyəti indiki hakimiyyətə təhvil vermiş bu adamlara millətin inamının yaranması məncə cox çətindir, bəlkə də bu adamlara millət heç vaxt inanmayacaq. 8 aprel aksiyası daha çox iqtidarın işinə yarıyıb. Bu, aksiya hakimiyyətin müxalifət üçün də demokratik şəraitin yaradılmasını göstərmək üçün mühüm addım oldu. Hamıya bəlli oldu ki, bundan sonra həmin meydana dünənkindən 10-20 dəfə artıq adam yığılsa belə, bu liderlərlə heç nə əldə olunmayacaq. Ölkənin siyasi vitrini mütləq dəyişdirilməlidir. Bu adamlar baş qatmaq üçün, ölkədə real müxalifət yaranmaması üçün hakimiyyətin işinə yarayır. İqtidar dünənki mitinqi dünyaya göstərib, bizdə də müxalifət var, hətta mitinqdə keçirir” deyəcək. Bununla da hakimiyyətə olan beynəlxalq təzyiqlər səngiyəcək”.
Ə.Orucun fikrincə, bu aksiyanın hansısa kənar qüvvələr tərəfindən təşkil edilməsi inandırıcı görünmür. Onun sözlərinə görə, mitinq kənar qüvvələr tərəfindən təşkil edilsəydi, aksiya tam başqa məcrada davam edərdi.
AQİL



Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar