12px14px16px18px

Jurnalistlər Bakı İstintaq təcridxanasına köçürüldülər

04:15 / 10.04.2012
“Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülüb. Aprelin 8-də vəkil Rəşid Hacılı təcridxanada hər iki jurnalistlə görüşüb. Onun sözlərinə görə, jurnalistlər günahsız olduqlarını, qanunu pozmadıqlarını və Quba hadisələrində iştirak etmədiklərini bildiriblər. “Turan”a danışan vəkil Zaur Quliyevin səhhətində yaranmış problemlərdən ciddi narahatlıq keçirdiyini deyib: “Onda mədə xorası var. Hazırda bədəninin müxtəlif yerlərində də yaralar əmələ gəlib. Zaur Quliyev təxirə salınmadan müalicə olunmalıdır”.
Jurnalistlər Qubanın İcra başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamaqda ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə iş açılıb. Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.




Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar