12px14px16px18px

Mətbuat Şurası mitinqdə jurnalistlərlə bağlı insident qeydə almayıb

04:15 / 10.04.2012
Azərbaycan Mətbuat Şurasının (MŞ) monitorinq qrupu İctimai Palatanın aprelin 8-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparıb. MŞ-dan APA-ya verilən məlumata görə, qurumun mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərinin iştirak etdikləri monitorinq zamanı media təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb.
Qeyd edək ki, Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər. Komissiya üzvləri eyni zamanda müəyyənləşdiriblər ki, aksiyanı işıqlandıran jurnalistlər əvvəlki aksiyalarla müqayisədə üzərində “PRESS” yazılmış xüsusi gödəkcələrində olmağa daha çox üstünlük veriblər.





Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar