12px14px16px18px

“Biz “Soros-şou”da təşkilatçı və yaxud iştirakçı ola bilmərik”

04:08 / 10.04.2012  
Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının Siyasi Şurası bəyanat yayıb. Bəyanatda partiyanın İctimai Palatanın təşkil etdiyi aksiyada iştirakı ilə bağlı yayılan məlumatın reallığı əks etdirmədiyi bildirilir. Partiyanın mətbuat xidmətindən “525”ə verilən məlumata görə, bəyanatda bunlar yer alıb: “Aprelin 8-də “İctimai Palata” adlandırılan qurumun keçirdiyi mitinqdə guya Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının və onun sədrinin iştirak etməsi barədə həqiqətdən uzaq məlumatlar yayılıb. Bu məlumatların heç bir əsası yoxdur. Birincisi partiyamız qeyd olunmuş mitinqin təşkilatçısı və iştirakçısı kimi çıxış etməyib. Biz milliyyətçilik və dövlətçilik amalından irəli gələrək, Türk Dünyasında “sorosçu” kimi tanınmış və ermənipərəst əcnəbi qüvvələrin marionetlərinin təşkil etdiyi hər hansı bir tədbirdə iştirak etmir və etməyəcək. Bildirir ki, həqiqi milliyyətçilər, millət yolunda şəhidlik ülküsünə (bozqurdçuluğa) sadiq vətənpərvərlər yad millətlərin strateji siyasi fondlarının sifarişi ilə təşkil olunan hər hansı bir “Soros-şou”da təşkilatçı və yaxud iştirakçı ola bilməz. Həmin mitinqin “sorosçu” təşkilatçıları Milli Demokrat Partiyası adından, Bozqurd simgəsindən istifadə etməklə Azərbaycan cəmiyyətinin və Türk Dünyasındakı türkçü-turançı kəsimin rəğbətini qazanmaq və ucuz şoularına ciddi don geyindirmək məqsədi güdüblər. XXI əsrdə ermənipərəst yad millətlərin birliyinə “inteqrasiya” adı ilə millətimizə yeni qul psixologiyasını aşılayanların arxasınca sürünən psevdo “millətçi”, psevdo “bozqurdçu” elementlərin Milli Demokrat Partiyasının gerçək milliyyətçi və bozqurdçu amalına qarşı yönəlmiş təxribatlar iflasa məhkumdur”.
AQİL




Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar