12px14px16px18px

Hafiz Paşayev: “Biz ABŞ-ı Qarabağ münaqişəsinin həllində daha fəal görmək istərdik”

13:37 / 07.04.2012
“Biz ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal görmək istərdik”. APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev Bakıda Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında deyib.
O bildirib ki, ötən 20 ildə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərdə böyük tərəqqiyə nail olunub. Əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq xarakteri daşıyır. “ABŞ Azərbaycanla münasibətdə 3 prioritet sahəni səsləndirir: enerji, təhlükəsizlik və siyasi islahatlar. Azərbaycan isə prioritet olaraq ABŞ-ın ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və regionda sülhün və inkişafın dəstəkləməsində görür”.
Paşayev qeyd edib ki, ABŞ-da ilk Azərbaycan səfiri işləyən zaman, Vaşinqtonu Dağlıq Qarabağ münaqişəsində bitərəf və düzgün vasitəçi kimi görüb.
Nazir müavini deyib: “Azərbaycanın ABŞ-la sülh, tolerantlıq və azadlıq kimi eyni dəyərləri var. Biz səylərimizi birləşdirərək çox böyük nailiyyətlər əldə edə bilərik”.




Bu yazı ( 176 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar