12px14px16px18px

Qəbələdə qar uçqunu altında qalan şəxslərin axtarışı dayandırıldı

13:31 / 07.04.2012
Böyük Qafqaz sıra dağlarının Qəbələ rayonu ərazisindəki “Qoç yaylağı” adlanan ərazisində baş verən qar uçqunu altında qalan Vəndam kənd sakinlərinin axtarışları dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb regional mərkəzinin rəisi Azad Zeynalov APA-ya bildirib ki, havanın temperaturu yüksəldiyindən qar əriməyə başlayıb, uçqun təhlükəsi yaranıb. Bu səbəbdən axtarışlara fasilə verilib.
Qeyd edək ki, martın 30-da səhər saat 6-da evdən çıxan və “Qoç yaylağı”na ov etmək və qutab üçün dağ göyərtisi yığmağa gedən 1992-ci il təvəllüdlü Elvin Muxtar oğlu Kərimov, 1990-cı il təvəllüdlü Nazir Tahir oğlu Bayramov və 1991-ci il təvəllüdlü Zakir Qəzənfər oğlu Məmmədov geri qayıtmayıblar. Onların qar uçqununa düşdükləri ehtimal edilir. Axtarışlara FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər cəlb olunub. “Qoç yaylağı” Vəndam qəsəbəsindən 25 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşir. Ərazidə baş verən qar uçqunu nəticəsində uzunluğu təxminən 450 metr, hündürlüyü 8 metr olan qar yığıntısı əmələ gəlib. Ərazi çox təhlükəli hesab olunur. Bir neçə dəfə mal-qara sürüsü orada qar uçqununun altında qalaraq tələf olub.



Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar