12px14px16px18px

DAK 31 mart soyqırımı ilə bağlı bir sıra ölkələrdə tədbirlər keçirib

12:57 / 07.04.2012
Azərbaycanlıların 31 mart soyqırımı İsveçdə və Rusiyada geniş tədbirlərlə qeyd edilib. Bu barədə “525”ə həmin tədbirlərdə iştirak edən millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı məlumat verib.
Millət vəkili DAK İdarə Heyətinin üzvü Adil Minbaşı ilə bərabər Stolholm və Yoteburqda Azərbaycan diaspor təşkilatlarının soyqırımla bağlı təşkil etdikləri mərasimlərdə çıxış etdiklərini bildirib. S.Rüstəmxanlı bununla yanaşı diaspor nümayəndələri ilə Azərbaycanın son iki əsrdə yaşadığı faciələrin dünya ictimaiyyətinə çatdırılması, DAK-ın 12-ci qurultayına hazırlıq və başqa məsələlərlə bağlı müzakirələr apardıqlarını deyib. O, müzakirələrin nəticəsi olaraq Avropada fəaliyyət göstərən Güney Azərbaycan siyasi qurumları və Azərbaycan dərnəklərinin fəaliyyətlərinin əlaqələndirilməsi istiqamətində birgə razılıq əldə edildiyini söyləyib. S.Rüstəmxanlı və A.Minbaşı daha sonra İsveç parlamentinin deputatları C.Magnusson və A.Vaberi ilə görüşüblər. Görüşdə 31 mart soyqırımı, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər İsveç parlamentarilərinin diqqətinə çatdırılıb, İçveç-Azərbaycan əlaqələrində sivil toplumun rolu müzakirə edilib, İsveçdəki Azərbaycan diasporunun problemləri müzakirə edilib. S.Rüstəmxanlı Azərbaycanla daha yaxından tanış olmaq üçün İçveç parlamentarilərini şəxsi qonağı olaraq ölkəmizə dəvət edib.
Aprelin 3-də isə S.Rüstəmxanlı və A.Minbaşı Moskvada 31 mart soyqırımı və Kəlbəcərin işğalı ilə bağlı düzənlənən tədbirlərə qatılıblar. Görüşlərdə DAK-ın Rusiya nümayəndəliyinin üzvləri və ziyalıların iştirakı ilə qurultaya hazırlıq, diasporun qayğıları və digər məsələlər müzakirə edilib.
AQİL



Bu yazı ( 154 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar