12px14px16px18px

TÜRKPA baş katibi ASAİF-in Budapeşt Forumunda iştirak edəcək

12:15 / 06.04.2012
TÜRKPA Baş Katibi Ramil Həsənov “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu’’nun (ASAIF) aprelin 6-7-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək növbəti forumunda iştirak edəcək. Forumun keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, gənclərin problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaqdır. Eyni zamanda tədbirin digər önəmli cəhəti dövlət rəsmiləri ilə gənclərin bir araya gətirilərək onlar arasında dialoqu təmin etmək və Macarıstan-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığının artırmaqdır.
Tədbirin işində dövlət rəsmiləri, millət vəkilləri, səfirlər, həmçinin bir çox media strukturların rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimləri və müxtəlif sahələrdən olan qonaqların iştirakı nəzərdə tutulur.
Forumun 2-ci günündə ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri və dörd fərqli mövzunu əhatə edən işçi qrupları üzrə müzakirələr keçiriləcək. TÜRKPA baş katibi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu’’ mövzusunda keçiriləcək panelin moderatoru olacaq.






Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar