12px14px16px18px

YAP Qəbələ rayon təşkilatının sədri dəyişdirilib

12:15 / 06.04.2012
Dünən hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qəbələ rayon təşkilatının VIII konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda YAP Qəbələ rayon təşkilatının sədri Qüdrət Səmədov hesabat məruzəsi ilə çıxış edib. Sonra məruzə ətrafında müzakirələr aparılmışdır. Konfransda YAP İcra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin üzvü Fəttah Heydərov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış ediblər.
Müzakirədən sonra təşkilati məsələlərə baxılıb. Abil Ağasəfov YAP Qəbələ rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin, rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti və 7 nəfərlik nəzarət-təftiş qrupu müəyyənləşib.
Qeyd edək ki, rayon təşkilatının yeni sədri Qəbələ rayon İcra Hakimiyyəti başçısının I müavinidir.



Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar