12px14px16px18px

71 yaşlı Gürcüstan vətəndaşı Bakıda özünü 9-cu mərtəbədən atıb

12:14 / 06.04.2012
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib. Hadisə srağagün gecə Xətai rayonu, Cavanşir küçəsi 21 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan qohumlarıgilə qonaq gələn Gürcüstan vətəndaşı, 1941-ci il təvəllüdlü Gözəl Səməd qızı İmaməliyeva özünü 9-cu mərtəbədən atıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə ətraflı məlumat verilməsə də, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.




Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar