12px14px16px18px

Əvəz Zeynallıya qarşı vergi ekspertizası

12:14 / 06.04.2012
“Xural” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının barəsində yeni ekspertiza təyin olunub. Vəkil Elçin Sadıqovun APA-ya verdiyi xəbərə görə, istintaq orqanı tərəfindən təyin olunan ekspertiza vergidən yayınma ilə bağlıdır. O, yaxın vaxtlarda Əvəz Zeynallıya qarşı bununla bağlı yeni ittihamın veriləcəyinin ehtimal olunduğunu da bildirib.
Qeyd edək ki, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.




Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar