12px14px16px18px

“ABŞ və Qərbi Avropa demokratiyaya çatmaq üçün 300 illik yol keçib”

12:11 / 06.04.2012
QHT Əməkdaşlıq Alyansının kordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Bakıda keçirilən Avronest Parlament Assambleyasının II sessiyası barədə açıqlama yıyıb. Bu barədə “525”ə Alyansdan məlumat verilib. R.Qonaqov Avronest Parlament Assambleyasının iclasının ölkəmizdə keçirilməsinin ciddi bir hadisə olduğunu deyib. Onun sözlərinə görə, bu, Azərbaycan həqiqətlərinin də Avropalı deputatlara çatdırılması üçün yaxşı bir fürsət yaradıb: “Müzakirələr zamanı erməni deputat Ş.Şafaryanın Azərbaycan haqqında sərsəm və gülünc çıxışı, bir daha ermənilərin öz “gözlərindəki çöpü” görmədiklərinin sübutu oldu. Mən Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyevin “vətəndaşlarının gülləbaran edildiyi bir ölkənin nümayəndəsinin belə bir məsələdən danışması gülüncdür” fikri ilə razılaşdığımı bildirirəm. Əminəm ki, Azay Quliyevin bu cümləsi bütün vətəndaş cəmiyyəti üzvlərinin düşüncəsinin təcəssümüdür”. R.Qonaqovun sözlərinə görə, Azərbaycanı tənqid edən Avropalı deputatlar da öz tarixlərinə nəzər salsalar yaxşı olar: “ABŞ və Qərbi Avropa demokratiyaya çatmaq üçün 300 illik yol keçib. Azərbaycan isə hələ cavan demokratiyadır və qısa müddət ərzində böyük yol qət edib. Ölkə başçısı, cənab İlham Əliyev demokratik cəmiyyət quruculuğu üçün əlindən gələni edib və biz bu gün Azərbaycan demokratiyasının heç də Şərqi Avropa dövlətləri ilə müqayisədə geri qaldığını təsdiq edə bilmərik. Azərbaycanda heç kim demir ki, hər şey idealdır və bizim heç bir sahədə problemimiz yoxdur. Gənc dövlət kimi hələ görülməli çox işlər var və biz də vətəndaş cəmiyyəti olaraq, onların yerinə yetirilməsi üçün digər vətəndaş cəmiyyəti qurumları ilə birlikdə çalışırıq”.
AQİL




Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar