12px14px16px18px

“Azərbaycanla Koreya arasında birgə İqtisadi Komissiyanın yaradılması üçün işlər görülür”

12:09 / 06.04.2012
“Azərbaycanla Koreya arasında birgə İqtisadi Komissiyanın yaradılması üçün hər iki tərəfdən işlər aparılır”. Bu sözləri Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Han deyib. Səfir Koreya tərəfdən bütün prosedurların hazır olduğunu diqqətə çatdırıb. O, Azərbaycan tərəfinin işlərin tamamlanmasının gözlənildiyini söyləyib. Li Ci Han məsələ ilə bağlı işlər tamalandıqdan sonra komissiyanın yaradılması üçün imzaların atılacağını qeyd edib: “Birgə iqtisadi komissiya yaradıldıqdan sonra hazırda ayrı-ayrı nazirliklər arasında olan əlaqələr birləşdiriləcək və əməkdaşlıq daha geniş formada olacaq. Koreya Azərbaycan tərəfinin qərar verməsini gözləyir. Məsələ ayrı-ayrı nazirliklər tərəfindən qəbul edildikdən sonra, İqtisadi Komissiyanın fəaliyyətə başlaması üçün imzalar atılacaq”.”
AQİL





Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar