12px14px16px18px

Havanın temperaturu yüksəlir

01:21 / 05.04.2012 Bakı və Abşeron yarımadasında aprelin 5-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 15-18 dərəcə isti təşkil edəcək. Aprelin 6-da havanın əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, mülayim cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 5-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda gecə 0-4 dərəcə, gündüz 10-15 dərəcə isti təşkil edəcək. Aprelin 6-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.



Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar