12px14px16px18px

Sulutəpədə qanunsuz tikililər sökülüb

07:35 / 04.04.2012
Bakının Sulutəpə qəsəbəsində qanunsuz tiklilərin söküntüsü həyata keçirilib. APA-nın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşları dünən Sulutəpə qəsəbəsində şirkətə məxsus ərazilərdə qanunsuz olaraq tikilən evləri söküblər. Bu zaman evləri sökülən sakinlərlə ARDNŞ əməkdaşları arasında qarşıdurma yaranıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə zamanı saxlanılan olmayıb. Əraziyə gələn polis tərəfləri sakitləşdirib və hər hansı insidentə yol verilməyib. ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə bildirib ki, Sulutəpə qəsəbəsində heç bir ev sökülməyib: “Həmin ərazidə qanunsuz tikilməkdə olan yeni tikililər sökülüb”. N. Quliyev, həmçinin qeyd edib ki, həmin ərazi ARDNŞ-nin balansındadır və “Binəqədi Oil” şirkətinə icarəyə verilib.


Bu yazı ( 109 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar