12px14px16px18px

Sabirabadın sakinləri etiraz edirlər

07:34 / 04.04.2012
Dünən Sabirabadın Minbaşı kəndinin bir qrup sakini aksiya keçirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, kəndin bir qrup sakini Kür daşqınları zamanı zərər çəkənlərə münasibətdə yerli strukturların tutduğu mövqeyə etiraz etdiklərini bildiriblər. Kənd sakinləri bir müddət magistral yolda avtomobillərin hərəkətinə mane olmaq istəyiblər. Onlar Minbaşı kənd icra nümayəndəsi Bəybala İsgəndərov, onun müavini Qədir Əliyev və kənd bələdiyyəsinin sədri Rufulla Qocayevdən narazı olduqlarını qeyd ediblər. Kənd sakinlərinin sözlərinə görə, bu şəxslər daşqınlardan zərər çəkənlərə ayrılan kompensasiyanın bölüşdürülməsi, həmçinin qəzalı evlərlə bağlı müvafiq komissiyaya məlumat verilməsi ilə bağlı ədalətsizliyə yol veriblər. Minbaşı kənd icra nümayəndəsi Bəylər İsgəndərov isə bildirib ki, aksiyada iştirak edənlər evləri normal vəziyyətdə olan sakinlərdir və onlar vəsait almadıqları üçün narazılıq edirlər: “Həmin insanlar yenidən komissiyanın onların evlərinə baxmasını, əlavə olaraq prezidentin ayırdığı 50 milyon vəsaitdən onlara da verilməsini istəyirlər. Avqust ayında dövlət komissiyası 215 evə baxıb, 51 evə təmir və bərpa rəyi verilib. Qalanlarının isə normal vəziyyətdə olduğu açıqlanıb”.


Bu yazı ( 106 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar