12px14px16px18px

Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları oğrunu hadisə yerində yaxalayıb

07:34 / 04.04.2012
Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları ərzaq dükanından oğurluq edən şəxsi hadisə yerində yaxalayıblar. Bu barədə “525”ə Nizami Rayon Mühafizə İdarəsindən məlumat verilib. Məlumata görə, dünən saat 01:04 radələrində Bakı şəhər sakini Məmmədov Natiq Valeh oğluna məxsus, Quliyev Nəcəf Əsəd oğlunun icarə əsasında işlətdiyi Bəhruz Nuriyev küçəsi 21 ünvanında yerləşən ərzaq dükanından sözügedən idarənin Kompüter Mərkəzi Mühafizə Məntəqəsinə həyəcan siqnalı daxil olub. Nizami Rayon Mühafizə İdarəsinin hadisə yerinə gələn əməkdaşları marketin qapısının şüşəsinin sındırıldığını görüb. Onlar dükana daxil olan şəxsi ümumi dəyəri 350 manat olan 18 blok siqaret və kassadan 9 manat pul oğurlayaraq, qaçmaq istəyərkən yaxalayaraq, Nizami rayon 24-cü polis bölməsinə təhvil veriblər. Tutulan şəxs 15.02.1990-cı il təvəllüdlü B.Nuriyev küçəsi, ev 15-də kirayə yaşayan, əvəllər məhkum olunmayan Kürdəmir sakini Amanmuradof Qayğısız Beqmurad oğludur. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. AQİL


Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar