12px14px16px18px

Mingəçevir Su Elektrik Stansiyasında qır qazanı fəhlələrin üstünə aşıb

14:05 / 31.03.2012
Mingəçevir Su Elektrik Stansiyasında faciəli hadisə baş verib. Şəhər Polis İdarəsinin rəisi Ələsgər Bədəlov APA-nın yerli bürosuna bildirib ki, stansiyanın həyətyanı sahəsində daxili təmir-bərpa işləri üçün fəhlələr qır əridən zaman qır qazanı aşıb. Nəticədə qaynayan qır fəhlələrdən ikisinin üstünə tökülüb. Yanıq xəsarətləri alan 1981-ci il təvəllüdlü Süleymanov Cuma Yusif oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Pərviz Xasay oğlu xəstəxanaya aparılıb. Yaralılardan P. Cabbarovun xəsarəti ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Digər yaralının isə vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.





Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar