12px14px16px18px

Binə bələdiyyəsinin sədri korrupsiya faktına görə saxlanılıb

13:52 / 31.03.2012
Bakıda bələdiyyə sədri saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları dünən Bakının Binə qəsəbə bələdiyyəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində qəsəbə bələdiyyəsinin sədri Babaxan İsayev başda olmaqla, 3 nəfər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların nədə ittiham olunduğu açıqlanmır.
Binə Bələdiyyəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi keçirib. Lakin saxlanılan şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilmədiyi məlum deyil.



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar