12px14px16px18px

Lerikdə iki azyaşlı uşağını öldürən ataya 15 il iş verildi

13:45 / 31.03.2012
Lerikdə iki azyaşlı uşağını boğaraq qətlə yetirən ataya hökm oxunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsindən “Trend”ə verilən məlumata görə, dünən keçirilən iclasda Lerikin Kürdəsər kənd sakini, 35 yaşlı Əmrah Xıdır oğlu Süleymanova hökm oxunub. Məhkəmənin hökmü ilə Süleymanov cəzasının ilk dörd ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən il oktyabrın 22-də Süleymanov iki azyaşlı uşağı – 2 yaşlı Dilbər, 1 yaşlı Filizi yataqlarında boğaraq öldürmüşdü.
Süleymanov sərxoş vəziyyətdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar. Uşaqların səsi Süleymanovun başını ağrıtdığı üçün yastıqla uşaqların ağzından basaraq öldürüb. Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi başlanıb.



Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar