12px14px16px18px

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri işıq üzü görüb

13:28 / 30.03.2012
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Tarixi Azərbaycan dövlətləri” kitabı işıq üzü görüb. Kitab Azərbaycan, ingilis dilləri ilə yanaşı erməni, gürcü, moldav və Ukrayna dillərində də çap edilib. Nəşrdə tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatla bərabər onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr öz əksini tapıb. Azərbaycan tarixində ilk dövlət olan Manna haqqqında arayışla başlayan kitabda qədim ərazilərimizdə mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena və Albaniya dövlətləri haqqında məlumatlar verilir. Nəşrdə habelə 1000 illik tarixi olan Şirvanşahlar dövləti, orta əsrlərdə Azərbaycan ərazisində vahid dil və mədəniyyətinin formalaşmasında, eləcə də xalqımızın etnik təşəkkülündə mühüm rol oynayan Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında geniş məlumatlar yer verilib. Bütün bunlarla bərabər kitabda Azərbaycan dövlətlçilik tarixinin parlaq səhifələri olan, təkcə Azərbaycanın deyil, eyni zamanda Mərkəzi Asiya və Yaxın Şərq regionun tarixində əhəmiyyətli yerə malik Atabəylər və Səfəvilər dövlətlərindən, o cümlədən XV əsr Azərbaycan tarixində iz qoyan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edilir. Azərbaycan tarixində mühüm yeri olan xanlıqlar dövrü də kitabda yer alan əsas bölmələrdəndir. Nəşrdə son olaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Sovet Sosialist Respublikası və çağdaş müstəqil Azərbaycan Respublikası haqqında arayışlarla Azərbaycan dövlətçilik tarixi haqqında məlumatlarverilir.
Nəfis tərtibatı ilə diqqət çəkən kitabda milli ornamentlərdən və Qarabağ xalçalarının görüntülərindən dizayn elementi kimi istifadə olunub.
Qeyd edək ki, “Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirovdur. Kitabın ideyası və ön söz AVCİYA-nın prezidenti, millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanova məxsusdur. Elmi məsləhətçi AMEA-nın muxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
AQİL




Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar