12px14px16px18px

Bəxtiyar Hacıyevin müraciəti təmin olunmayıb

13:20 / 30.03.2012
Dünən həbsdə olan sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması barədə Qaradağ Rayon Məhkəməsinə ünvanladığı ərizəyə baxılıb. Vəkil İntiqam Əliyevin APA-ya verdiyi xəbərə görə, məhkəmə B. Hacıyevin saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib. Şikayət təmin olunmayıb.
Qeyd edək ki, B. Hacıyev əvvəlcə cəzasının üçdə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət edib. Lakin həmin müraciət təmin olunmayıb. Bundan sonra o, cəzasının ikidə bir hissəsini çəkdiyi üçün müraciət edib. Bəxtiyar Hacıyev ötən il martın 4-də Gəncə şəhərində həbs edilib. Mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə irəli sürülmüş ittiham üzrə B. Hacıyev haqqında 2 illik həbs qərarı çıxarıb. Gəncə Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətini təmin etməyib.




Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar