12px14px16px18px

22 yaşlı gənc 66900 manata, 72 yaşlı təqaüdçü Hyundai “Sonata” avtomobilinə sahib oldu

13:14 / 30.03.2012
Mart ayının ikinci böyük lotereya layihəsi də başa çatdı. Bayram tətilləri ilə bol olan mart ayında, “Azərlotereya” ASC ənənəvi lotereyalarla paralel olaraq iki möhtəşəm bayram layihəsini uğurla həyata keçirdi. Təkcə bu iki oyun iştirakçıları 14 avtomobil uddular. Lakin lotereya həvəskarlarının əsas diqqəti “Binqo+8” və “Bahar Sevincləri” lotereyalarına yönəlsə də, rekord uduş “5/36” oyununda qeydə alındı. Bu oyunun 373-cü tirajında növbəti “Cek Pot” uduldu. Oyun iştirakçıları arasında isə mart ayının ikinci yarısının qalibi Lənkəran rayon sakini Cəfərov Samir Ağakərim oğlu oldu. Samir ümumiyyətlə, mart ayının uduş rekorduna imza atdı. 22 yaşlı gənc nə az, nə çox, düz 66 900 manat uddu. Bu gözəl uduş haqqında həvəslə danışan Samirin, özünün xüsusi qeyd etdiyi kimi 22 yaşı hələ avqust ayında tamam olacaq. Çox cavan olmasına baxmayaraq Samir artıq oğul atasıdır və bununla haqlı olaraq, fəxr edir. Belə böyük məbləğdə uduşla nə kimi planlar qurması haqda suala təmkinlə cavab verir. Valideynləri ilə yaşayan Samir beş qardaşdan ən kiçiyidir. Qardaşlardan ən böyüyü və bir də ən kiçiyi olan Samir evlidirlər. Başqa sözlə, o artıq ailə başçısıdır və indidən balaca Əlinin sabahını fikirləşir. Daimi işi yoxdur və kiçik bizneslə məşğul olur. Uduş da Allahın qismətidir. Xeyirli olsun!
Doğrudan da hərənin öz qisməti var. 22 yaşlı Samir 66 900 manat udur, 72 yaşlı Əliabbas müəllim isə Hyundai “Sonata” avtomobili udur.
Bakı şəhər sakini Hüseynov Əliabbas Rahil oğlu bu avtomobili “Bahar Sevincləri” lotereyasında udub. Hazırda hərbi təqaüdçü olan Hüseynov Əliabbasın dörd övladı, dörd nəvəsi var. Lotereya oyunlarında necə iştirak etməsi sualına əsl hərbçi kimi lakonik şəkildə, “55 ildir ki, lotereya oyunlarında iştirak edirəm” cavabını verdi. Bu dəfə, Əliabbas müəllim cəmi 1 bilet alıbmış və qismətinə Hyundai “Sonata” avtomobili çıxdı. “Bahar Sevincləri” lotereyasının unikal cəhətlərindən biri də o idi ki, hətta, lotereya biletinin altı rəqəmli seriya nömrəsinin ilk rəqəmi nəzərə alınmadan belə, son beş rəqəmi ilə avtomobil udmaq mümkün idi və bu imkandan Qusar rayon sakini Azıyev Qəzənfər Kərimxan oğlu yararlandı. Onun 068729 nömrəli bileti Chevrolet “Aveo” avtomobili uddu. İkinci Chevrolet “Aveo” avtomobilini udan, 68729 olan biletin sahibini ”Azərlotereya” ASC- də gözləyirlər. Yeri gəlmişkən, şirkətdə “Bahar Sevincləri” lotereyasının digər qaliblərini də, o cümlədən, Toyota “Prado” avtomobilini udan 091109 saylı biletin, Nissan “Sunny” avtomobilini udan 091572 saylı biletin, Kia “Rio” avtomobilini udan 180435 və 187456 saylı biletlərin sahiblərini gözləyirlər. Fəaliyyətində şəffaflığa xüsusi önəm verən ”Azərlotereya” ASC-dən bildirdilər ki, bütün qaliblər haqqında müfəssəl məlumatlar, həmişə olduğu kimi geniş ictimaiyyətə çatdırılacaq. Son vaxtlar şirkətin həyata keçirdiyi bir sıra yenilikləri lotereya həvəskarları razılıqla qeyd edirlər. Əgər əvvəllər, ”Azərlotereya” ASC-nin lotereya terminalları vasitəsi ilə yalnız “5/36” lotereyasının biletlərini əldə etmək mümkün idisə, artıq bu müasir terminallarda şirkətin keçirdiyi bütün ənənəvi lotereya oyun biletlərini bir neçə saniyə ərzində əldə etmək olar. Yeri gəlmişkən, böyük ehtimalla, lotereya həvəskarları üçün yeni orijinal bir layihə hazır olmaq ərəfəsindədir. Bununla belə, Cəfərov Samir Ağakərim oğlunun “5/36” lotereyasında udduğu 66 900 manat göstərdi ki, ənənəvi oyunlar hələ çox evə sevinc gətirəcək. Belə ki, ”Uğur” lotereyasında 63 000 manat məbləğində “Cek Pot”-u, “Binqo”-da 109.000 manatlıq “Super Binqo”nu və nəhayət, ilin uduş rekordunu qazanmağa əsas namizəd olan “Ailə Sevinci” lotereyasında 120 000 manat məbləğində “Meqa Pot”u yaddan çıxarmaq olmaz. 66 900 manat böyük puldur. Amma 120 000 manat daha sanballı məbləğdir və sizə belə uduşlar arzulayırıq.



Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar