12px14px16px18px

Azərbaycan və İspaniyanın Diplomatik Akademiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb

08:25 / 29.03.2012
Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə Azərbaycan Diplomatik Akademiyası və İspaniya Diplomatik Akademiyası əməkdaşlıq memorandumu imzalanıb. Azərbaycan Diplomatik Akademiyasından (ADA) APA-ya verilən məlumata görə, razılaşmada tələbə və mühazirəçi müəllimlərin mübadiləsi, eyni zamanda ADA tərəfindən ispaniyalı diplomatlar üçün Xəzər Dənizi Hövzəsi Araşdırmaları kurslarının təşkili nəzərdə tutulur. ADA həmçinin Madridin nüfuzlu IE biznes institutu ilə razılaşma imzalayıb. Razılaşma çərçivəsində, ADA tələbələri güzəştli əsaslarla bu institutda MBA proqramı üzrə təhsil ala bilərlər.





Bu yazı ( 106 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar