12px14px16px18px

TürkPA - nın baş katibi Qırğızıstana səfər edəcək

08:24 / 29.03.2012
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək. TürkaPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan TürkPA-nın III plenar sessiyasına hazırlıq xarakteri daşıyır. Səfər çərçivəsində TürkPA baş katibinin Qırğızıstan parlamentinin sədri Asilbek Zhenbekov, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev, TürkPA-nın İqtisadi, Ticarət və Maliyyə Komissiyasının sədri Kojobek Rıspayev və III plenar sessiyaya hazırlıq məqsədilə yaradılmış təşkilat komitəsinin üzvləri ilə görüşü nəzərdə tutulub. Səfərdə TürkPA baş katibini onun müavini Bektemir Ziyadinov və Katibliyin əməkdaşları müşayiət edəcək.




Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar