12px14px16px18px

Heydər Camal haqqında cinayət işi başlanıb

10:10 / 28.03.2012
Azərbaycanlı politoloq, Rusiya İslam Komitəsinin sədri Heydər Camalın evində axtarış aparılıb. APA-nın məlumatına görə, Heydər Camal “Exo Moskvı” radiostansiyasına bildirib ki, axtarış milli ədavət və ayrı-seçkilik salmaq maddəsi ilə başlanmış cinayət işi ilə əlaqədar aparılıb. Cinayət işinin başlanmasına səbəb Rusiya İslam Komitəsinin www.islamkom.org saytında yerləşdirilən məqalələrdir. Söhbətin konkret hansı məqalələrdən getdiyi açıqlanmır.
Qeyd edək ki, 2009-cu ildə Dövlət Dumasının deputatı Maksim Mişenko Heydər Camalın təşkilatının adını ekstremist təşkilatlar siyahısına daxil etməyi tələb edib. O baş prokuroru Rusiya İslam Komitəsinin saytında yerləşdirilən məqaləyə görə Heydər Camal haqqında cinayət işi başlanmağa çağırıb.



Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar