12px14px16px18px

Gənclər Fondunun işçilərinin aylıq vəzifə maaşlarını təsdiqkəndi

10:09 / 28.03.2012
Azərbaycan Nazirlər Kabineti (NK) “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” NK-nın 2012-ci il 26 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edib. APA-nın NK-nın rəsmi saytına istinadən məlumatına görə, qərar “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.
Qərara əsasən, Gənclər Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1210 manat, Fondun aparat rəhbərinin maaşı 913, baş mühasibinin 847, sektor müdirinin 800, baş məsləhətçisinin 726, aparıcı məsləhətçisinin 605, məsləhətçisinin maaşı 550 manat müəyyən edilib.



Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar