12px14px16px18px

Ağsu aşırımında çökmələr baş verir

14:43 / 20.03.2012
Ağsu aşırımında sürüşmə təhlükəsi artıb. Bunu “ Trend “ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib. Onun sözlərinə görə, hazırda Ağsu aşırımında sürüşmə sahələrinin hamısında səthi yuyulmalar – sürüşmə səthi üzərində qruntun axması və nisbi çökmələr müşahidə edilir. “Sürüşmə kütləsi nisbi stabil vəziyyətdədir, ancaq səthi yuyulmalar müşahidə edilir. Artıq qrunt islanıb, sürüşmə kütləsinin üst hissəsində qruntun axması müşahidə edilir. Bu, artıq həmin sahədə sürüşmə ehtimalını artırır”, – deyə baş mühəndis əlavə edib. O bildirib ki, hazırda Şamaxıdakı sürüşmə sahələrində aktivləşmə baş verir. Qar əridikcə sürüşmə kütləsində islanma gedir və süxurlar axıcı vəziyyətə gəlir : “Dünən və srağagün 6 sürüşmə sahəsində müşahidə apardıq. Həmin yerlərin hər birində sürüşmə aktivləşir. Muğanlı sürüşmə sahəsində aktivləşmə daha çoxdur. Hazırda sürüşmə sahələri Ağsu aşırımının giriş hissəsində, Şamaxı rayonun Muğanlı kəndində, Çələbilər kəndinin cənub hissəsində, Muğanlı-İsmayıllı yolunun 2-ci kilometrliyində, Çağan kəndi, Dədəgünəş kəndi ərazisində və Şamaxı şəhərinin yuxarı hissəsindədir. Bu ərazilərdə aktivləşmə gedir. Ən təhlükəlisi Muğanlı kəndi ərazisindədir. Ötən il Muğanlı kəndi ərazisində 14 ev sürüşmə kütləsi üzərində qalmışdı. Bizdə olan məlumata görə, 3 ailə çıxarılıb. Artıq 2 ev də sürüşmə sahəsinin ərazisinə düşüb. Hazırda 16 fərdi yaşayış evi bilavasitə sürüşmə kütləsinin üzərindədir”. Baş mühəndisin sözlərinə görə, cənub bölgəsindəki sürüşmə sahələrində nisbi sakitlikdir. Bu bölgədə son iki gündə sürüşmə ilə bağlı ciddi problem yaranmayıb.


Bu yazı ( 416 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar