12px14px16px18px

Gənclər avantüralara uymamalıdırlar

00:22 / 19.03.2012
Ölkəmizin yüksək sürətlə inkişaf etməsi bütün sahələrdə aşkar şəkildə özünü biruzə verir. İstər mədəni-iqtisadi, istərsə də siyasi sahədə gedən inkişaf dövlətimizin nüfuzunun daha da artmasına, beynəlxalq aləmdəki yerinin möhkəmlənməsində müstəsna rol oynayır. Təbii ki, bu sahədə gənclərin üzərinə böyük iş düşür. Heç şübhə yox ki, dövlətimiz tərəfindən gənclərimizə olan qayğı, diqqət onların bütün sahələrdə aktiv fəaliyyət göstərməsinə böyük imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə qabarıq şəkildə diqqəti cəlb edir. Ümummilli məsələlərin həllində gənclər ön sırada dayanaraq Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Dövlətimizn gənclər siyasəti gələcəyimiz olan gənclərin bütün sahələrdə fəallığının daha da artırılması, ümummilli məsələlərdə onların daha yaxından iştirak etməsini təmin edir. Məhz Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Bu sahədə də dövlət başçısı tərəfindən yürüdülən balanslaşdırılmış, düzgün, məqsədyönlü, habelə gələcək perspektivlərə hesablanmış siyasətin nəticəsi olaraq Azərbaycan gəncləri Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss edirlər. Demək olar ki, bütün gənclərimiz dövlət başçısı tərəfindən yürüdülən bu siyasəti təqdirəlayiq hesab edir və belə yanaşmanı yüksək qiymətləndirirlər. Hər bir gənc dövlət tərəfindən özlərinə olan diqqət və qayğını ən müxtəlif formada hiss edərək, bu siyasətin gələcək perspektivlərindən fərəhlə danışırlar. Məhz aparılan düzgün siyasətin nəticəsidir ki, gənclərimiz dövlətə, millətə, Vətənə bağlılığı ilə seçilir və hər addımlarında dövlətimizlə həmrəy olduqlarını bəyan edirlər. Təəssüf ki, bütün bu müsbət məqamlara, dövlətimiz, xüsusən İ.Əliyev tərəfindən gənclərə diqqət və qayğıya baxmayaraq, bəzi daxili və xarici qüvvələr buna kölgə salmağa çalışaraq, öz məkirli niyyətlərini həyata keçirməyə səy göstərirlər. Elə bunun nəticəsidir ki, müəyyən daxili və xarici qüvvələr Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları dövlətə qarşı yönəltməyə və öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Bir neçə gəncin belə qüvvələrin təsiri altına düşərək dövlətçiliyimiz əleyhinə şüarlar səsləndirməsi sadəcə təəssüf doğurur. Hətta müəyyən şəxslər tərəfindən bəzi gənclərin məcbur edilərək aksiyalara çıxarıldığı bildirilir. Radikal müxalifət, xüsusilə özlərini ana müxalifət adlandıran partiyalar ətraflarına yığdıqları 5-10 nəfər gənci mitinqlərə, piketlərə çıxmağa məcbur etməklə onlardan öz cılız siyasi maraqları naminə istifadə etməyə çalışmaları heç də ürəkaçıcı məqam deyil. Bu gənclərin hansısa qüvvələrin əlində alətə çevrilməsi, habelə onların “çaldıqları havanı oynaması” da təəssüfvericidir. Digər əfsusverici məqam isə indiyədək siyasi səhnədə uğur qazana bilməyən, eləcə də heç zaman özünə dəstək qazanmayan müxalifət partiyalarının hansısa irəliləyişə nail olmaq üçün əlacı yalnız gənclərdə görməsindədir. Atdıqları kor-koranə addımlarla özlərini uçuruma atan müxalifət partiyaları seçdikləri bu son taktika ilə indi də bu gəncləri öz yolları ilə aparmaq istəyirlər. Bu 5-10 nəfər gəncin həmin müxalif şəxslərdən hansı örnəyi götürə biləcəyi də düşündürücüdür. Bu danılmaz bir faktdır ki, müxalif şəxslərin ətrafındakı aldadılmış şəxslər heç vaxt Azərbaycan gəncliyini təmsil edə, onlara nümunə ola bilməzlər. Bu cəbhədə olan şəxslər gənclərə xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilikdən başqa heç nə öyrədə bilməzlər. Məhz buna görə də gənclərimiz daha ayıq-sayıq olmalı, dövlətçiliyimiz əleyhinə olan hansısa çağırışlara getməməli və digər qüvvələrin əlində alətə çevirilməməlidirlər. Gənclər avantüralara uymamalı, mitinq, etiraz aksiyası çağırışlarını rədd etməlidirlər. Ən azından aparılan uğurlu daxili və xarici siyasət, beynəlxalq aləmdə qazanılan uğurlar, habelə dövlətimiz tərəfindən gənclərə olan diqqət və qayğı buna əsas verir. AQİL




Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar