12px14px16px18px

Səlim Müslümov: “Mart ayı üçün pensiyalar Novruz bayramına qədər veriləcək”

20:53 / 18.03.2012
Azərbaycanda pensiyaçılar mart ayı üçün öz müavinətlərini Novruz bayramına kimi alacaqlar. Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. O, qeyd edib ki, biz son 3-4 gün ərzində respublikanın bütün rayon və şəhər şöbələrinin xəzinə hesablarına 179 mln. manat pul köçürüb, qalan təxminən 18 mln. manat vəsait bu şöbələrin özlərində yığılmış vəsait idi. “Bu o deməkdir ki, biz Novruz bayramına qədər bütün pensiyaları tam maliyyələşdirə bildik. Bazar ertəsi artıq yerli şöbələrin xəzinə hesablarından həmin vəsait birbaşa pensiyaçıların bank hesablarına otuzdurulacaq”. S.Müslümovun bildirdiyinə görə, dövlət sosial müdafiə fondunun daxilolmalarının böyük bir hissəsi hər ayın sonlarında formalaşır. “Məcburi dövlət sosial sığorta haqları hesaba ödənilən əməkhaqqıya nisbətdə bizim yerli şöbələrin hesablarına ödənilir – 25% həcmində. Bu ay Maliyyə Nazirliyi ilə danışdıqdan sonra aprel ayı üçün DSMF-yə dövlət büdcəsindən köçürülməli olan transferlər artıq mart ayında xəzinə hesabımıza daxil oldu və bu səbəbdən biz bütün pensiyalarımızı vaxtından qabaq həyata keçirə bildik. Mart ayının qalan müddətində daxil olan vəsaitlər aprel ayındakı maliyyələşdirmə üçün formalaşdırılacaq”.


Bu yazı ( 68 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar