12px14px16px18px

“Bayılda sürüşmə yox, uçqun olub”

11:38 / 16.03.2012
Bakının Bayıl qəsəbəsində torpaq sürüşməsi baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Əlibəyov qardaşları 10 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında qeydə alınıb. Yerli sakinlər sürüşməyə səbəb olan torpaq kütləsinin oraya sonradan töküldüyünü bildiriblər. Məlumata görə, yağış və kanalizasiya sularının təsiri nəticəsində bənd dağılıb və torpaq yola tökülüb, nəticədə küçədə hərəkət dayandırılıb. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən əraziyə texnika cəlb olunub. Texnikanın köməyi ilə yol təmizlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev isə APA-ya bildirib ki, ərazidə sürüşmə yox, uçqun baş verib. Onun sözlərinə görə, yolun kənarında tikilən istinad divarı uçub: “Bu yamacda tikilən, arxası torpaqla doldurulub, hamarlanmış, istismar müddəti ötən köhnə divardır. Divar bir dəfə də uçmuşdu. Hazırda ərazidə təmizlənmə işləri aparılır”.
Uçqun baş verən ərazinin yaxınlığında yerləşən yaşayış binası üçün heç bir təhlükə yaranmadığını deyən Ş. Niftiyev Bakının digər sürüşmə zonalarında vəziyyətin stabil olduğunu da bildirib.



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar