12px14px16px18px

“Eurovision” mahnı müsabiqəsini boykota çağırmamışıq”

CON DALHUYSEN: “AMNESTY İNTERNATİONAL”IN EUROVİZİONA BOYKOT ÇAĞIRIŞI” SİTATI MƏNİ TƏƏCCÜBLƏNDİRDİ”

01:49 / 14.03.2012
Bu günlərdə bəzi media orqanlarında “Amnesty İnternational” təşkilatının Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykota çağırdığı barədə məlumat yer aldı. Bu məlamatlara görə, sözügedən təşkilat Azərbaycanda “Eurovision” hazırlıqlarına görə, insan haqlarının pozulduğunu əsas gətirərək, müsabiqəni boykot etməyə çağırış edib. Bu xəbərlərdə “Amnesty International”ın Avropa və Mərkəzi Asiya üzrə proqram rəhbərinin müavini John Dalhuysen “Guardian” qəzetinə açıqlamasında Azərbaycanın insan hüquqlarının qorunmadığı bir ölkə olduğunu və “Eurovision”un insan hüquqlarını pozan ölkəni maskalamayacağını bildirdiyi iddia edilirdi. Təşkilatın həmçinin müxalifətin mitinq yürüşünə polisin sərt müdaxiləsini, mitinqə icazə verməməyi, jurnalistlərin həbsini də tənqid edərək iqtidardan bu cür mövqeyindən əl çəkməyi təklif etdiyi qeyd edilirdi. Hətta Hollandiya, Fransa və İrlandiyanın təşkilatın bu çağırışına normal baxdığı vurğulanırdı. Lakin bütün bunlar heç də həqiqəti əks etdirən məlumatlar deyilmiş. Çünki sözügedən məsələ ilə bağlı məlumatların yalan olduğu çox keçmədən ortaya çıxdı. Belə ki, “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı tərəfindən Avropa ölkələrini mayda ölkəmizdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykot etməyə çağırması xəbəri təkzib olunub. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Con Dalhuysen “Yeni Müsavat” qəzetinə təkzib məktubu göndərib. Məktubda bildirib ki, “Amnesty İnternaitonal” Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykota çağırmayıb. Con Dalhuysenin sözlərinə görə, Təşkilat “Amnesty İnternational” inanır ki, Avroviziya müsabiqəsi xaricdən gələn qonaqlara Azərbaycanı tanımağa imkan yaradacaq. Con Dalhuysen məktubda daha sonra bunlara yer ayırıb: “Mən “Yeni Müsavat” qəzetində dərc olunmuş “Eurovision” – 2012-ni “Boykot çağırışı ciddiləşir” məqalənizi maraqla oxudum, amma “Amnesty İnternational”ın Euroviziona boykot çağırışı” sitatı məni təəccübləndirdi. Bu bizim movqeyimiz deyil. Doğrusu odur ki, “Amnesty İnternaitonal” təşkilatı Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykota çağırmır. “Amnesty İnternational” inanır ki, Avroviziya müsabiqəsi xaricdən gələn qonaqlara Azərbaycanla bağlı müsbət və ya müsbət olmayan hallar barədə öyrənməyə imkan yaradacaq. İfadə azadlığının təntənəli şəkildə qeyd edilməsi “Eurovision” müsabiqəsinin təbii xüsusiyyətidir. 2011-ci ilin noyabr ayında dərc edilmiş hesabatında, “Amnesty İnternational” təşkilatı Azərbaycanda ifadə azadlığı ilə əlaqədər bəzi narahatedici halları gündəmə gətirmişdi. “Eurovision” müsabiqəsi ifadə azadlığını təntənəli şəkildə qeyd edən tədbir kimi ölkədəki narahatedici halları vurğulamaq üçün platforma olmalıdır. Hörmətlə Con Dalhuysen, Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru”. Qeyd edək ki, Avropa Yayım Birliyi (EBU) isə bu müsabiqənin siyasi bir təşkilat olmadığını xatırladaraq, boykot fikrini anlamadıqlarını qeyd etmişdi.
Aqil LƏTİFOV




Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar