12px14px16px18px

Azərbaycanda iki zəlzələ baş verdi

01:09 / 13.03.2012  
Azərbaycanda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi məlumata görə, zəlzələ martın 11-də saat 12.41 radələrində Zaqatala şəhərindən 6 km cənubda qeydə alınıb. Episentrdə zəlzələnin dərinliyi 20 km, gücü 4-4,5 bal olub. Zəlzələ Zaqatala, Balakən, Qax və Şəki rayonlarının ərazisində hiss olunub. Tikililərdə dağıntı və insan itkisi yoxdur. Dünən Azərbaycan ərazisində daha bir zəlzələ baş verib. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, 12 mart 2012-ci il tarixində saat 08:53-də Şamaxı və İsmayıllı rayonlarının sərhədində zəlzələ qeydə alınıb. Episentrdə maqnituda 3,5 bal olub. Zəlzələ Şamaxı rayonunun Pirqulu qəsəbəsində 3, İsmayıllı şəhərində 2,5 bal gücündə hiss olunub. Qeyd edək ki, martın 11-də Zaqatala rayonu ərazisində də zəlzələ baş verib.


Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar