12px14px16px18px

“Bizim Tarla”dan xanımlara 8 Mart hədiyyəsi

01:02 / 13.03.2012
Daima yenilikləri ilə seçilən “Bizim Tarla” markası bu dəfə xanımların günündə onlara gözlənilmədən sürpriz etdi. Xanımların üzündə sevinc təbəssümü yaratmaq üçün heç bir şərtsiz onlara bayram hədiyyəsi etdi. Yerli, təzə və yumşaq olması ilə seçilən Bizim Tarla yaşıl noxudları xanımları mətbəxdə sevindirməklə yanaşı həm də bayramda onları tək buraxmadı. 8 Mart tarixində yeni açılan daha bir “Bazarstore”da və “Park Bulvar” ticarət mərkəzində keçirilən sürpriz kampaniyada təzə və yumşaq “Bizim Tarla” yaşıl noxud konservi orada olan bütün xanımlara hədiyyə verildi. Xanımların bir nömrəli seçimi olan “Bizim Tarla” yaşıl noxud konservi daima sürprizlərilə insanlara təbəssüm bəxş etməyə davam edəcək. Qeyd edək ki, konservləşdirilmiş yaşıl noxud olduqca xeyirli məhsuldur. O, yüngül və sadə məzə olmaqla yanaşı, müstəqil qarnir kimi suplar və salatlar üçün əlavədir. Alimlərin söylədiklərinə əsasən, noxudu insanlar hələ daş dövründə ikən istifadə edirdilər və onun tərkibindəki fitomaddələr mədə-bağırsaq xərçənginin yaranmasından qoruyur. Bununla yanaşı 100 q noxudda 90 kalori olmaqla xanımların sevimli dietik dostudur. “Bizim Tarla” yaşıl noxudları Biləsuvarda yerləşən tarlada yetişdirilib, tarladan yığılandan sonra bir saat ərzində tərkibindəki maddələri itirmədən konservləşdirilir və bir aydan sonra rəflərdə alıcılara təqdim olunur.


Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar