12px14px16px18px

Prezident Qubanın icra başçısını işdən çıxardı

02:10 / 03.03.2012
Martın 2-də Prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Rauf Həbibov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə 2007-ci il oktyabrın 1-də təyin edilmişdi. 2012-ci il martın 1-də Qubada Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. Axşam saatlarında icra başçısının istefa verdiyi açıqlanıb. Bir neçə gün öncə internetdə Rauf Həbibovun çıxışının videosu yayılıb. Həmin çıxışda başçı qubalıların ünvanına bir sıra ittihamlar səsləndirib. Etiraz aksiyasına bu çıxış səbəb olub. Rauf Həbibov 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, “Günəş” kiçik müəssisəsinin direktoru, “Müstəqil Balbelan” müəssisəsinin direktor müavini vəzifələrində işləyib.


Bu yazı ( 205 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar