12px14px16px18px

Bu gündən hava soyuyacaq,qar yağacaq

01:06 / 01.03.2012
Bakı və Abşeron yarımadasında martın 1-də havanın əsasən səhər və axşam az yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal küləyi əsəcək gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4, günün birinci yarısında 6 dərəcəyədək isti, axşama doğru isə 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Martın 1-dən 2-nə keçən gecə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Martın 2-də mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 3-6 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 1-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
Martın 2-də bölgələrdə havanın əsasən səhər və axşam saatlarında yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.



Bu yazı ( 165 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar