12px14px16px18px

Bakıda 180 metrlik çatlar əmələ gəldi

DÖRD BLOKDAN İBARƏT SÜRÜŞMƏ KÜTLƏSİ GƏNCƏ PROSPEKTİ İSTİQAMƏTİNDƏ HƏRƏKƏT EDİB

10:51 / 29.02.2012
“Bakının Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə sahəsində aktivləşmə müşahidə olunub. Orada 4 blokdan ibarət sürüşmə kütləsi yaranıb. Çatların uzunluğu 160-180 metr, eni bir və bir metr yarıma qədər, dərinlikləri isə 2 və 4 metr arasındadır. Sürüşmə kütləsi Gəncə prospekti istiqamətində hərəkət edib”. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, ərazidə boyük oturma oyuqları müşahidə olunub: “Sürüşmə yanvar və fevral aylarındakı güclü yağışlardan sonra sürüşmə kütləsinin islanması nəticəsində baş verib. Ərazidə yaranmış çatlar cil vasitəsilə doldurulmazsa növbəti yağışlar nəticəsinə müəyyən fəsadlar yarana bilər”. Ş.Niftiyev deyib ki, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən ərazi nəzarətə götürülüb: “Mayaklar üzərində dayanmadan müşahidələr aparılır. Hələlik sürüşmənin dinamikasında inkişaf müşahidə olunmur. İrəliləyiş olsa bu haqda aidiyyati dövlət qurumlarına məlumat veriləcək”. Baş mühəndisin sözlərinə görə, sürüşmənin ərazidəki fərdi yaşayış evlərinə və 9 mərtəbəli binalara heç bir təsiri olmayıb: “Yalnız yuxarıda yerləşən bir 3 mərtəbəli fərdi yaşayış evinin pilləkən hissəsində çatlar yaranıb”.




Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar