12px14px16px18px

“İşıq günü” kitabını oxuyarkən...

01:30 / 15.03.2012
Bu günlərdə şair Ramiz Məmmədzadənin “İşıq günü” şeirlər toplusunu oxudum. İlkindən onu demək istəyirəm ki, çağdaş ədəbiyyatımızda ən çox sevdiyim şairlər Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Fikrət Qoca kimi şairlər olub. Mən Ramiz Məmmədzadənin “İşıq günü” kitabını oxuyandan sonra sevdiyim şairlərin biri də artdı. Ramiz Məmmədzadənin “İşıq günü” kitabındakı şeirlər məni sehrləmişdi. Kitabda getmiş şeirlərin heç birində könlümü oxşamayan hisslərə rast gəlmədim.
Hər şeydən əvvəl qeyd etmliyəm ki, Ramiz Məmmədzadə reklam xarakterli yazılardan tamamilə uzaqdır. Ramiz Məmmədzadənin lirik-fəlsəfi şeirləri insan zəkasını düşüncəyə qərq edir, çətin məqamlarda insanı dözümlü olmağa səsləyir. O, rütbə almaqçın yox, insanların qəlbini fəth etməkdən ötrü qələm işlədib. Ramiz Məmmədzadə ixtiyar yaşda belə, gözəlliyin, paklığın varlığını doğru və düzgün aşkarlayıb.
Kitabda getmiş üç bölmədə olan şeirlərin hər dörddə birinin təhlilinə qələm işlətsəm, kitabın özü qədər təriflər yağdıra bilərəm. Füzuli demişkən: “Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz”. Sözü çox uzatmaq, sözü qiymətdən salar.
Kaş bu kitab otuz-qırx min trajla çap olunaydı və Azərbaycan oxucularının müəyyən bir qismi bu kitabdan bəhrələnəydi.
Zöhrab ZÖVÜNLÜ
Yardımlı rayonu




Bu yazı ( 168 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar