12px14px16px18px

“Ağdam-80”: dünəndən bugünə, bugündən sabaha yadigar kimi

Səlim ƏZİMOV
00:43 / 13.03.2012
 
Şair düz deyib: “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Gəlirik, gedirik. Bir ömür payını hərə bir cür yaşayır. Yerin səthi bir olmadığı kimi, adamlar da bir boyda, bir ölçüdə, bir xasiyyətdə olmurlar. Lakin hər bir adamın ömrü o zaman mənalı olur ki, aydın məqsəd yolunda inamlı addımlar atır, yerişinə-duruşuna, hərəkətinə fikir verir, niyyəti saf, əməlləri düz olur.
Bu cəhətdə fikir verənlər isə həmişə həyat yollarında uğur qazanır, yaxınların-doğmaların, dost-tanışların, xalqın, dövlətin sevimlisinə çevrilir.
Hamı kimi, mənim üçün də belə gözü-könlü tox, quran, yaradan, tikən, işıqlı ziyalı ağdamlıların istəklisinə çevrilən rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovdur. Nizami Sadıqovun həyatının bir hissəsi hamı kimi mənim üçün də uzaqdır. Ancaq eşitdiklərim bunlardır:
Əsl ağdamlıdır. Uzun müddət respublikanın rayonlarında rəhbər vəzifələrdə çalışıb, polis rəisi olub, dövlətçiliyin keşiyində dayanıb, gözü-könlü tox adam olub, xeyir-şər yaraşıdı olub, əli açıq, səxavətli olub, cəarətli olub, heç kimdən qorxusu olmayıb, haqq-ədalət tərəfində olub, əlsiz-ayaqsızlara kömək edib, xeyriyyəçiliklə məşğul olub, yol kənarlarında su çəkilib, bulaq düzəltdirib, qonaqpərvər-çörəkli adam olub.
Gördüklərim isə hamının gördüyüdü, görünənlər isə əvvəlkilərdən fərqi ondadır ki, görülənlərin ideyası, layihəsi Nizami müəllimin öz əli ilə düzəltdikləridir.
Baxt-tale yerimizdən-yurdumuzdan ayrı saldı. Yurd yerlərimizi – müqəddəs torpaqlarımızı itirdik. Doğma torpaqlarımızın xeyli hissəsi bu gün ermənilərin işğalı altındadır. Lakin biz əl-ayağımızı bağlayıb sakit durmuruq, işləyirik, çalışırıq. Dünən adi bir kənd olan Quzanlı, bu gün yaraşıqlı bir qəsəbədir. Qəsəbənin inkişafı həm də dövlət nəzarətindədir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə son üç ildə rayonun sosial-iqtisadi inkişafı üçün 9 milyon manat pul ayrılıb. Bu gün Quzanlıda – yeni salınan qəsəbələrdə adamların yaşaması üçün yaraşıqlı binalar – mənzillər, torpaq sahələri, istifadəyə verilmiş məktəblər, xəstəxanalar, rabitə şöbələri, inzibati binalar, uşaq bağçaları göz qamaşdırır. İndi ərazidə qaz, işıq, su problemləri həll olunub. Bu gün qəsəbədə gedən dinamik inkişaf, mədəni həyatın bütün sahələrinin, çiçəklənməsi – doğma Ağdamımıza qayıdışın işığıdır. Bunu ağdamlıların öz doğma (Ağam) torpaqlarına dönüşünün başlanğıcı hesab etmək olar.
Ağdam bu gün yaşayır, işləyir, həyat qaynayır. Bunların hamısı ölkə Prezidentin İlham Əliyevin rəhbərliyi altında Nizami müəllimin müdrikliyi, işgüzarlığı ilə həyata keçirilir.
Bu günlərdə Nizami müəllimin ideyası və seçimi ilə nəfis şəkildə nəşr olunan “Ağdam-80” jurnalı-kitabı ağdamlılar üçün baş ucalığıdır, böyük var-dövlətdir, tarixdə qalacaq qiymətli xəzinədir.
Kitabda ulu öndərimiz Heydər Əliyevin, hörmətli Prezidentimiz İlham Əliyevin ağdamlı günlərə aid şəkilləri xüsusi yer tutur. Habelə kitabda sayılıb-seçilən elm adamları, alimlər, şairlər, yazıçılar, əmək-müharibə veteranları, əmək qəhrəmanları, müəllimlər, həkimlər, millət vəkilləri (haqqında), idmançılar, muğam ustaları haqqında məlumat vardır.
Vaxtilə SSRİ kimi bir dövlətdə – Azərbaycanın heç bir yerində olmayan 20 nəfər Sosialist Əməyi Qəhrəmanı Ağdamda olub. Qarabağ müharibəsində həlak olan 16 nəfər Milli Qəhrəmanın, Vətən yolunda həlak olan şəhidlərin siyahısı ilə bu müqəddəs abidə, tarixi and yeridir.
 
“Min illər ötsə də çıxmayacaq xatirimizdən,
Eldə müqəddəs sayılan anddır, şəhidlər!”
 (R.Qarabağlı)

Hörmətli Nizami müəllim, sizin əlinizlə düzəldilmiş “Ağdam-80” kitabında şərəfli Ağdamın dünəni, bu günü və şanlı gələcəyi var. İdeyası və seçimi Sizin olan yaxşıların-yaxşısı “Ağdam-80” kitabı bir tarixdir, həyatda yadigardır. Siz – Qarabağ nisgilini, ürəyinizdəki yurd həsrətini, göynərtisini yeni qurduğumuz Ağdam təsəllisi ilə ovundurursunuz, həm də adamlarda işləmək, qurmaq, yaratmaq, vətənə qayıtmaq ümidi oyadırsınız.
 
Kitabdan:
Ağdamın səsi,
Ağdamın sərin mehi,
Ağdamın işığı,
Ağdamın göz yaşları,
Ağdamın həzin musiqisi,
Ağdamın iyi,
Ağdamın harayı, çağrısı, səsi gəlir.
Qarabağın qeyrət qalası olan Ağdamda görüşmək arzusu ilə
Səlim ƏZİMOV
Əməkdar müəllim
 



Bu yazı ( 164 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar