12px14px16px18px

XOCALIYA ƏDALƏT, YOXSA İNTİQAM?

Ali DOĞAN
00:54 / 01.03.2012
Ermənilərin 1992 il-ci ilin 26 fevralında Qarabağ bölgəsinin Xocalı qəsəbəsində rəsmi rəqəmlərə görə, 613 Azərbaycan Türkünü vəhşicəsinə qətlə yetirməsinin ildönümündə İstanbuldakı Taksim Meydanına toplanan on minlərlə vətənsevərdən biri də məndim.
Mən bir TV jurnalisti kimi 1991-ci ildən bəri müəyyən fasilələrlə Azərbaycanda işləmişəm. Ən son 2006-2009-cu illər arasında Azərbaycandaydım. Bir Türk olarak hər zaman azərbaycanlı soydaşlarımızın yanında yer aldım. Bir jurnalist kimi Azərbaycanın uğradığı haqsızlıqları, Azərbaycan Türklərinin haqlı davalarını dünya ictimaiyyətinə çatdırmaq üçün çalışdım.
Taksimdə Xocalıyla bağlı tədbir keçiriləcəyini eşitdiyim zaman da çox həyəcanlandım. Ankarada yaşamağıma baxmayaraq öz imkanlarıma İstanbula yollandım və bu tədbirdə iştirak etdim. Orada olmağımla qürur duyuram.
Tədbir günorta saat 14:00-da başlayacaqdı, amma saat 10-un yarısında Taksimdəydim. İlk qarsılaşdığım şəxs tarixçi deputat Musa Qasımlı oldu. Musa müəllimlə İstiqlal Caddəsini, Taksim Meydanını dolaşaraq atmosferi öyrənməyə çalışdıq. Saatlar keçdikcə İstiqlal Caddəsi və Meydan dolmağa başladı. İstanbulu bilənlər üçün deyim: saat 13 radələrində Qalatasaray liseyinin qarşısından Taksim Meydanına qədər İstiqlal Caddəsi tamamilə doldu. İstanbul polisinin rəsmi rəqəmlərinə görə tədbirə 350 min nəfər iştirak edib.
Mən 30 ildir jurnalistəm. İndiyə qədər Taksimdə belə bir qələbəliyin şahidi olmadım. Qələbəliklə yanaşı, tədbirdə iştirak edənlərin həyəcanı mənə çox təsir etdi. 80 yaşlı qocalar, qadınlar, qızlı-oğlanlı gənclər, qundaqdakı usaqlarıyla tədbirə qatılan ailələr, hamısı Xocalı qətliamına qarşı səslərini esitdirmək üçün Taksimdəydi.
İstiqlal Caddəsi və Taksim Meydanı Türkiyədəki müxtəlif qruplara mənsub Türk sevdalıları ilə doluydu. Ancaq Azərbaycan Türklərinin bəlkə də Türkiyədə ilk defə belə bir tədbir keçirmələrindən irəli gələn təşkilatçılıq qüsurları diqqətimi cəlb etdi. Taksim Meydanında qurulan kürsü ve səs düzəni belə bu təcrübəsizliyin göstəricisiydi. Amma bunlar və eyni zamanda tədbiri keçirənlərin meydandakı Türk sevdalılarının həyəcanlarını artıracaq şüarlar, ifadələr əvəzinə dialoq şüarlarını seçmələri belə insanların həyəcanını azaltmadı.
Kürsüdəki aparıcının “Hamımız Xocalılıyıq”, “Müharibə deyil, sülh istəyirik” şüarlarının səsləndirilməsini istəməsinə meydandakı qələbəlik maraq göstərmədi. Hətta bir ara “azəri” ifadəsi müdaxilə nəticəsində “Azərbaycan Türkü” deyə düzəldildi.
Meydandakı Türk Sevdalıları “sülh, ədalət” şüarlarını səsləndirmək istəyən aparıcıya heç etibar etmədi. Nəysə ki kürsüdə Azərbaycanın yetiştirdiyi en önemli sənətçilərdən biri olan Azərin vardı. Türkiyeni və Türkiyənin hissiyatını yaxşı bilən Azərinin səsləndirdiyi manhılar meydanı coşdurdu. Azərin xanım həyəcansız şüarlar əvəzinə “Şəhidler Ölməz, Vətən bölünmez” şüarını səsləndirincə Taksim meydanı silkələndi. Meydandaki on minlər daha çox “Qarabağ Bizimdir Bizim Olacaq”, “Bir Millet İki Dövlet”, “Hamımız Xocalılıyıq, Hamımız Türkük”, “Erməni Yalanına Səssiz Qalma”, “Qarabağa sahib çıx” şüarlarını səsləndirdi.
Kürsüdəki aparıcı nə zaman “Xocalı üçün ədalət” şüarını səsləndirməyə çalışsa, qələbəlik, “Ədalət deyil, qana qan, intiqam” şüarıyla cavab verdi. Məncə, mitinqin ən canalıcı nöqtəsi buydu. Tədbiri keçirənlərlə tədbirdə iştirak edənlər sanki eyni hisslərlə hərəkət etmirdilər. Ermənistan prezidenti İrəvandakı bir tədbirdə gənclərə “Qarabağı biz aldıq, Ağrını da siz alın” hədəfi göstərərkən İstanbulda tədbir keçirənlərin türk sevdalılarına sülh və ədalət kimi şüarlarla xitab etmələri mənalı olmadı. Təbii ki, biz türklər tarix boyu hər zaman ədaləti təmsil etdik. Bu tədbirdə də müharibə populizmi aparılmalıydı demirəm. Amma heç olmasa bu tədbiri keçirənlər Azərbaycan prezidenti İlham Əliyevdən nümunə götürsəydilər. Nə deyir hörmətli Prezident İlham Əliyev: “KİMSƏ BİZDƏN ƏBƏDİYYƏN QARABAĞ MÜZAKİRƏLƏRİNİ DAVAM ETDİRMƏYİMİZİ GÖZLƏMƏSİN. TORPAQLARIMIZI GERİ ALMAQ ÜÇÜN LAZIM GƏLƏRSƏ, SİLAHA ƏL ATARIQ”
Türk sevdalısı bir çox siyasi partiyanın və qeyri-hökumət təşkilatının gəldiyi Taksim Meydanına insanlar Xocalı qətliamına diqqət çəkmək üçün gəldi. Siyasi kimliklərini və məzhəblərini bir kənara qoyub, Taksimə toplaşdılar. Bir ara AK Parti Fatih Gənclik Qollarının plakat açması qəzəb doğurdu və o plakat dərhal endirildi. Tədbirdə Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bəy də iştirak etdi və məncə gözəl də bir çıxış etdi. Amma nazir AK Parti təbliğatı aparmağa çalışınca sözü kəsildi. İslam Əməkdaşlıq və İnkişaf Təşkilatı Gənclik Qrupu adından oxunan bəyanatda Xocalının Suriyada Xama və Xumsda yaşananlarla eyniləşdirilməsi də narazılığa səbəb oldu. Bir azərbaycanlı jurnalist dostumun mənə “Heyf ki, Xocalıda qətlə yetirilən həmyerlilərimizin qanı Suriyaya müdaxiləni legitimləşdirmək istəyənlər tərəfindən istifadə edilir” deməsi də diqqət çəkiciydi.
Bu xırda qüsurlara baxmayaraq məncə, tədbir məqsədinə nail oldu. Xocalını, Azərbaycanın həqiqətlərini bilməyən Türkiyədəki böyük əksəriyyətin diqqəti cəlb edildi. Azərbaycanlı soydaşlarımıza Türkiyə Türklərinin hər zaman yanlarında olduğu bir daha ifadə edildi. Türkiyədəki ermənipərəstlər və Azərbaycandakı ruspərəstlərin Anadolu və Azərbaycan türkləri arasında yaratmağa çalışdıqları fitnənin uğurlu olmayacağı da dosta-düşmənə göstərildi.
Bu tədbirdə bir daha gördüm ki, Anadolu türkləri Azərbaycan millət vəkili Qənirə Paşayevanı çox sevirlər. Qənirə xanım həm İstiqlal caddəsində yürüyərkən, həm Taksim meydanında onu görmək, imza almaq, şəkil çəkdirmək istəyən qələbəliyin arasında az qala əzilirdi. Mən belə bu qələbəliyin arasında ancaq bir neçə saniyə salamlaşıb görüşə bildim. Taksimdə tədbir bitmişdi, amma Qənirə xanım hələ meydandaydı. Mən bir saat Qənirə xanımla söhbət etmək üçün gözlədim, amma ətrafındakı qələbəlik bitməyincə meydandan ayrıldım, Qənirə xanım isə hələ oradaydı.
İstanbuldan Ankaraya dönərkən yol boyunca tədbirdə yaşananları düşündüm və bu suala cavab tapa bilmədim: Xocalıya ədalət, yoxsa, intiqam?

Ali DOĞAN








Bu yazı ( 242 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar