12px14px16px18px

Moskvanın qonağı – Məmməd İsmayıl

Sergey KARATOV
10:47 / 29.02.2012
Şair Məmməd İsmayılın Moskvada çap olunan “Vmesto pisma” – “Məktub əvəzi” kitabı rus şeirsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Bir neçə gün əvvəl həmin kitabın Moskvada təqdimat mərasimi keçirilib. Bu təqdimat mərasimi sözün tam anlamıyla şeirsevərlərin bayramına çevrilib. Bunun əsas səbəblərindən biri şairin dəyərli əsərlərini rus dilinə çox önəmli tərcüməçilərin çevirməsidirsə, o biri səbəbi təqdimat mərasimi haqqında rus mətbuatında – “Literaturnaya qazeta”da və bir çox internet saytlarında elan və məqalələrin çıxması idi. O səbəbdən də istər Marina Svetayevanın ev muzeyində, istərsə də “Millətlər evi”ndə gerçəkləşən görüşlərə təkcə Moskvadan deyil, Rusiyanın fərqli bölgələrindən bir çox şeirsevər qatılıb. Bu görüşlər haqqında həm Moskvada, həm də Azərbaycan mətbuatında, xüsusən “525”də yazı və xəbərlər yer alıb. Məmməd İsmayıl yaradıcılığının Rusiyada doğurduğu əks-səda barədə dolğun təəssürat yaratmaq üçün Rusiya mətbuatında, internet saytlarında yer alan maraqlı bir məqaləni – rus şairi Sergey Karatovun “Moskvanın qonağı Məmməd İsmayıl“ adlı yazısını oxucularımıza təqdim edirik.

Azərbaycan şairi Məmməd İsmayıl Moskvaya Dardanel boğazının sahillərində yerləşən Çanaqqaladan-Türkiyədən gəlmişdi. O bu şəhərdə yerləşən universitetin müəllimidir, Türk filologiyasına, folkloruna, şeirinə aid kitabları çap olunur, tələbələr arasında böyük nüfuzu var və Türkiyənin görkəmli sənətkarları onunla dostluq edirlər. Məmməd İsmayıl istər Türkiyə, istərsə də Azərbaycan ədəbi mühitində fəal bir şəkildə iştirak edir. Şairin bir neçə görüşünü əhatə edəcək Moskva proqramı da çox zəngin idi. Oxucularla iki görüş, tərcüməçi və naşirlərlə işgüzar görüşlər və təhsil illərinin keçdiyi doğma yerlərlə yenidən üz-üzə gəlmək!
Gəlişinin əsas məqsədlərindən biri də tərcüməçisi dahi rus şairi Yuri Kuznetsovun xatirəsinə və yaradıcılığına həsr olunmuş konfransda məruzə ilə çıxış etməkdi. Bu konfrans Maksim Qorki adına Ədəbiyyat İnsitutunda baş tutacaqdı. Yuri Kuznetsovla Məmməd İsmayılı qırılmaz yaradıcılıq əlaqələri bağlayırdı və mənə elə gəlir ki, Kuznetsov haqqında ən dəyərli xatirəni də bir başqası yox, məhz Məmməd İsmayıl yazmışdır.
Şairin yeni yayınlanan “Vmesto pisma” kitabının ilk təqdimat mərasimi M.İ.Svetayevanın ev-muzeyində gerçəkləşdi. Y.Kuznetsov, A.Kuşner və M.Sinelnikovun böyük bir sevgi ilə tərcümə etdikləri seçilmiş şeir və poemalardan ibarət olan bu kitab “İsoloq” nəşriyyatı tərəfindən çap edilmişdir. Ağzına qədər dolu olan salon Məmməd İsmayılı – bu böyük şairi Moskvanın necə sevdiyinin, onu necə tanıdığının və onu ən yüksək səviyyədə qəbul etdiyinin bir təsdiqi idi. Burada görüşün təşkilində xidmətləri olan, Moskvada yaşayan azərbaycanlı iş adamlarının da xidmətini unutmaq olmaz.
Görüşün aparıcısı şair, tərcüməçi Mixail Sinelnikov gecəni Yuri Kuznetsovun tərcüməsində Məmməd İsmayılın “Nar” (“Qranat”) şeirini oxuyaraq başladı. Bu şeiri yazıma bütünlüklə əlavə etməyi lazım bildim:

QRANAT

Otkuda on qranat? Otkuda
Eqo qustoy zernistıy znoy?
On svet, on malenğkoe çudo,
On soverşennıy şar zemnoy.

Soşlisğ vnutri, tesnə svobodu,
Qnezdo v qnezdo, zerno v zerno,
Strana k strane, narod k narodu;
Vnutri eqo krasnım-krasno.

Porədok i stolpotvorenğe
Nebesnıx vstreç, zemnıx razluk.
O, gto zvёzdnoe skoplenğe!
O, polnıy taynami sunduk!

Kakoy obcёm v neqo vmestilsə,
İ on ni lёqok, ni təjёl!
Koqda Novruzu on prisnilsə,
Novruz löbimuö naşёl.

Derju eqo, kak slovo bratstva,
Razrezan nadvoe qranat
tekuçim lezviem Araksa,
İ poluşariə qorət.

Məmməd və Mixail, bu iki qədim dost bir birini əvəz etməklə şeir və tərcümələri səsləndirərək oxucu marağını doğrultdular.
Kosmik Tədqiqatlar İnstitutunun direktoru L.M.Zelyonıy, ünlü şair Viktor Qofman, görkəmli avanqardçı rəssam Yevgeni Landin, şair Evgeni Taqan (Kuznetsov) görüşə gələnlər arasında idilər. Ünlü şair və tərcüməçi Gennadi Kalaşnikov Məmməd İsmayılın özünün də çox bəyəndiyi bir şeirini səsləndirdi. Ədəbiyyatşünas və tənqidçi, filoloji elmlər doktoru, “Literaturnıe znakomstva” jurnalının baş redaktoru Lola Zvonaryeva dedi ki, bütün həyatı boyu Azərbaycan şairlərinin müxtəlif nəsillərinin nümayəndələri ilə görüşüb və onların hamısı Məmməd İsmayıl yaradıcılığının alovlu pərəstişkarları olduğunu açıqca söyləyiblər. Məmməd İsmayıl onların idealı, dühasıdır və belə olaraq da qalmaqdadır.
İnquşetiyadan gəlmiş ədəbiyyatşünas Məryəm Yandiyeva xalqların yalnız coğrafi cəhətdən yox, həm də mənəvi cəhətdən yaxın olduğunu dilə gətirdi, dedi ki, bu yaxınlıq ali qonağımızın şeirlərində özünü göstərməkdədir. Tacik dilindən tərcümələr edən Xurşidə Xanrakulova Moskva meriyasının mədəniyyət məsələlərilə məşğul olan əməkdaşıdır. Onun bir vəzifəsi də paytaxtdakı diaspor problemlərini yoluna qoymaqdır. Xurşidə xanım Rus ədəbiyyatında tərcümə məktəbinin təcrübəsindən danışaraq dedi ki, elə bu təcrübə də milli respublikalardakı istedadlı sənətkarların Rusiyaya çıxış tapmasına və şöhrət qazanmasına səbəb olur. Qeyri-adi istedada malik olan Məmməd İsmayıl da bu sıradadır. Moskvada yaşayan istedadlı azərbaycanlı şairə Afaq Şıxlı qeyd etdi ki, Məmməd İsmayılın qələmindən çıxan sevgi şeirləri onunçün hər zaman Azərbaycan poeziyası üfüqlərində ulduz-bələdçi olub və hər zaman da belə qalacaq.
Şair İlham Bədəlbəyli Məmməd İsmayılın parlaq və miqyaslı bir şəxsiyət olduğunu söylədi, bildirdi ki, bu uca keyfiyyətlərinə görə də o özünü bir şair və naşir kimi təsdiq etmişdir.
Mən isə görüşə gələnlərə Aşxabaddakı İlham alleyası haqqında məlumat verdim. Bugünkü Aşxabadda Şərqin bütün ünlü şair və mütəfəkkirlərinin abidələri bir xiyabanda yanaşı düzülüb və Məmməd İsmayılın özünəməxsus istedadından söz açaraq dedim ki, bəlkə haçansa sənətsevər türkmənlər bu xiyabanda Sədinin, Nizaminin, Nəvainin, Füzulinin, Mahtumqulunun heykəlləri sırasında Məmməd İsmayılın abidəsinə də yer verəcəklər. Bu sözlərim hörmətli qonağımızın etirazına səbəb olsa da, salonda böyük bir canlanma yaratdı.
Təqdimatı keçirilən kitabı aldıqdan və onda “Qoymayın dünyanı adiləşməyə“ şeirinin tərcüməsini görəndən sonra bu gözlənilməz qarşılaşmadan çaşqına döndüm. İş burasındadır ki, bu görüşdən çox əvvəl evimdə arxivimi qaydaya salarkən haçansa, yəqin ki, səksəninci illərin əvvəllərində Məmməd İsmayılın kitabına yazdığım məqalə qarşıma çıxmışdı. Məqalə elə belə də adlanırdı: “Qoymayın dünyanı adiləşməyə”. Bu gözəl şeiri Mixail Sinelnikovun tərcüməsində olduğu kimi təqdim edirəm:

NE DAYTE MİRU STATĞ
OBIKNOVENNIM

Pustğ soxranət, kak sneqovıe qorı,
Svoё siənğe i serdüa, i vzorı,
Nesite qruz löbvi, pustğ slovo ssorı
Mej vas ne vstanet, ne sklonit k izmenam.
Ne znayte v utolenğe utolenğə,
Nautro posle svadğbı – otdalenğə.
Ne dayte miru statğ obıknovennım.

Tğma v svete estğ, i tğma zernitsə svetom,
Nad qorem – radostğ,
qorı – nad ravninoy...
A noçğ i denğ v kakoy-to miq sredinnıy
Razluçenı luçahimsə rassvetom.
Pustğ radosti luçitsə vdoxnovenğe –
Teçёt vino qorəçee po venam,
İ pustğ peçalğ ne uluçit mqnovenğə,
Ne dayte miru statğ obıknovennım.

Rastaöt lğdı ot nejnosti paləhey,
Resniüı zadrojat, kak vetvi v çahe,
Dva rodnika otkrıv dlə poüeluə.
Jivite je löbvi prekrasnım plenom,
Meçtaə, i volnuəsğ, i vzıskuə, –
Ne dayte miru statğ obıknovennım!

Bilmirəm hansı səbəbdən mənim o məqaləm zamanında çap olunmadı. Sovet hakimiyyəti zamanında belə yazıları çap etdirmək elə də asan deyildi. Və indi o məqaləyə yenidən baxıb onu çap etdirməyi düşünürəm. “Əlyazmalar yanmır” – deyənlər yanılmayıblar. Doğrudur, zaman bu məqalənin vərəqlərinə öz sarı əlini çoxdan çəkib. Bunu deməkdə məqsədim odur ki, qonağımızı mən sadəcə Ədəbiyyat İnsitutundan tanımıram, hətta onun haqqında məqalə də yazmışam. Və söylədiyim bu hadisə niyə əvvəllər olmamışdı, indi bu görüş ərəfəsində qarşıma çıxdı, bunu anlamaq çətindir. Məni dinləyənlər bəlkə heç söylədiklərimə inanmayacaqlar da. Çıxış edənlərin hamısı Məmməd İsmayıl poeziyasının müasir mərhələdə yüksək və dərin mənəvi dəyərlərə sahib olduğundan söz açdılar. Məmməd İsmayıl şeir dilinin gözəlliyi və obrazlılığı ilə çağdaş mərhələdə Azərbaycan ədəbiyyatının inkişafına böyük təsir göstərir.
Həm Azərbaycan, həm də Rus dillərində səslənən şeirlər bütün auditoriyaya sözün həqiqi mənasında bu böyük söz ustadının əsərlərindən eyni şəkildə həzz almağa imkan verdi.
Moskva, 18 fevral 2012
Sergey KARATOV







Bu yazı ( 210 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar