12px14px16px18px

Hər dəfə Türkiyədə

Aysel ƏLİZADƏ
12:09 / 02.07.2011
 
 
 
Daha həmin gün heç yerə çıxmadan açdım televizoru. Odada tək idim. Abla da alış-verişdən sonra harasa kayb olmuşdu. TV-də yenə baş nazir milləti başına yığıb danışırdı. Çöldəki vəziyyət isə tamam başqa təəssürat yaradırdı. Ümumiyyətlə, siyasətçilərin yağlı-yağlı yorumları zəhlətökəndir. Siyasətçilər çox şey deyə bilərlər. Əsas odur xalq nə deyir. Ərdoğan bəyə simpatiyam yoxdur. Çox danışır e, lap çox. Ancaq bu günlərdə çox tutarlı bir cümlə işlətdi çıxışında. Dedi ki, müxalifət dövlətin bəzəyidir. Ölkədə sağlam müxalifət varsa, deməli sağlam da iqtidar var. Ərdoğan bəyi Türkiyədə sevənlər gerçəkdən saysızdır. Əslinə qalsa, xalqın nə düşündüyü kiməsə maraqlıdırsa, o bunu elə bir adamı dindirsə, bilər. Toplum iki hissəyə ayrılır hara çevirsən. Bir hissə müxalifəti dəstəkləyir, o biri hakimiyyəti. Hər iki tərəfdən bir adam öz əqidə yoldaşlarının adından fikir bildirsə, bəs edir. Məsələn, biz kiçik biznesi olan bir adamla söhbət etdik. Adam deyir, AKP hakimiyyətə gələnə qədər Türkiyədə bir dənə obyekt işlətmək olmurdu. O gəlirdi, bu gəlirdi. Burnumuzdan gətirirdilər. Bütün günü gərgin dayanırdıq ki, indi kimsə gəlib ilişəcək. Dükana saldırı olurdu. İndi hamı öz işini rahatca qurur. Dəyib-dolaşanımız yoxdur. Başbakanın səhvi və uğuru odur ki, o xalqın yanındadır həmişə. Səhvidir, çünki əzizlədikcə xalq özündən çıxır. Uğurudur, çünki həm də xalq onun arxasında durur. Dövlətini bəyənməyən bir işsiz gənc tamam başqa şey dedi. Harasa gözətçi düzəlmək üçün də adamnan pul istəyirlər, belə ölkəmi olar? Bizə elə gəlir ki, özümüzdən başqa heç yerin problemi yoxdur. Hamı mutluluqdan havalanır. Almaniyada bir dostum yaşayır. O qədər qarasına danışır ki, ölkənin istəyirsən köçüb aya gedəsən. Deyir biz bu ölkədə həmişə yabancıyıq, neynəsək də yadıq. Nə bilim, hərə bir söz deyir. Məni də dindirən olsa ölkəmnən elə şeylər danışaram ki, tükləri biz-biz durar, dəymişi dura-dura kalı tökülər. Məsələn, elə bircə onu desəm ki, ayağını savaşda itirmiş əlilə sosial yardım vermək üçün ondan hər il ayağının yerinə yenisinin bitmədiyini sübut edən arayış istəyirlər, nəyə desən dəyər. Ya da desəm ki, əhaliyə verilən sosial yardımın 6 ayını jek işçiləri özləri götürür, adamın şokdan başı qopub düşər. Yəni bunlar xırda məsələlərdi, hər yerin öz problemi var, siyasətçilər demiş. Biz bir şeyi başa düşməliyik ki, siyasət də siyasətçilərin “toçka”sıdır. Hərdən onların var-gəlləri müğənnilərin maqazin davasını da xatırladır. Fərq ancaq predmetdədir. Süjet və forma eynidir. Hamı lider olmaq istəyir. Bir incə məqam var. Bir var lider toplumu qabağına qatıb aparır, bir də var arxasınca gedirsən. Burda yoruma gərək yoxdur düşünürəm...
TV-də maraqlı bir veriliş də tapıb izlədim. Kürd BDP-sinin Hasip Kaplanıyla MHP-çi Umud hoca dartışırdı. Hasib Kaplan deyirdi ki, “bizim 4 tələbimiz var. Ana dilində egitim, operasyonlar durdurulsun, seçim barı, siyasi tutuklular sərbəst bırakılsın. Şimdi allah aşkına, bu demokratik deyilmi? Türkiyenin 800.000 karesinde benim topum var, ben bırakırmıyım. Müşterik hisseliyim ben türklerle. Her kes özgür vatandaş olacaq. Anayasayı deyişdireceyiz”.
Umud Hoca : – Biz Türkiye sınırları içinde, Türkiye cografiyası üzerinde bir başqa ülkenin, bir başqa siyasal yapının, bir başqa siyasal kimliyin iddiasını taşıyan her hangi bir kavramı kabullanmiyoruz. Hasip Kaplan ve ya her hangi biri degildir bu meselenin başında duran. Burda bir projeksiyon var. Bu adım-adım Türkiyenin bölünmesine giden bir siyasal projedir. Biz bunu istemiyoruz diyorlar, e öyle dicekler. Bu da bir zaman meselesi. Real siyasetde biliyoruz ki, Türkiyede belerliyici olan BDP digil, PKK –dır. Bunun üzerinde de KCK vardır. MHP-çi milletçileri asla ana yasanın ilk 3 maddesi, tek siyasal kimlik baresinde ne tartışır, ne uzlaşır, ne de bir başqa şeye yaklaşır. Biz istiklal savaşının felsefesini devam etdiriyoruz, birileri “Büyük Orta Doğu” projesini bu topraklara dayatmak istiyor ola bilir, ama istiklal savaşının felsefesini MHP savunmaya devam edecektir. İkincisi, ırkcı bir zihniyyetin hangi sonuclara insanları götüre bilecegi ortada. Biz kimsenin kafatasını ölçüb şu bölgeden, bu bölgeden demiyoruz. Biz terorla silahlı mucadelenin başlamasının tarafdarıyız.
 
– Silahlı mücadelemi? – Aparıcı soruşdu.
 
– Öyle bir sordunuz ki, sanki ayıp bir şey söylüyormuşum gibi. Karşınızda bir teror örgütü var.
 
–Bununla bir yere gelinemedi ama?
 
–Nasil gelinemedi? Biz Türkiyeyi teslim ettigimizde AKP iktidarına, Turkiyede bir tane PKK-lı terorist kalmamışdı. Mucadelemiz Kuzey İrakda sürüyordu. Bir Barsani, bir Telabani ile işbirliyi yapılıyordu bu konuda. Yani silahlı mücadeleyle bir yere gelinemezdise Abdullah Öcalan şu anda İmralda otururmuydu? Şemdin Sakık şu anda hapisde olurmuydu? 96-99 sürecinde Türkiye çok başarılı şekilde terorla silahlı mucadeleyi gerçekleşdirdi.
Xeyli proqram seyr edəndən sonra düşdüm hola. Yaşlı bir keşikçi vardı, dostlaşmışdıq onunla. Harda tutdu adama dindən danışırdı. Yenə də xeyli danışdı. Azca hansısa sözünə çaşıb qarşı çıxardın, tez deyirdi “seni kim yaratdı, nerden çıkdın?” Day deyəmmirdim ki, ay kişi, bu nə sualdır verirsən?! Necə yəni hardan çıxdın? Fəlsəfəyə də çox girişəmmirdim. Kişi danışdı, danışdı, axırda dedi ki, Allah diyor, ben size şah damarınızdan daha yakınım. Dedim abi (Türkiyədə əmi, dayı, xala demək adət deyil, abi, abla deyirlər, ağa bəyim, ağa bacım sözünün yuvarlaq formasıdır, ağa – böyük, böyüyüm anlamında, böyük qardaşım, böyük bacım mənasını verir), şah damarından yakın ruhumuz degilmi? Bu da kendimiz anlamına gelmiyormu? Qoca üzüldü doğrusu. Çox peşman oldum. Onu xəyal qırıqlığına uğratdığımı hiss elədim. Sonra da səsimi kəsib oturdum yerimdə, ablanın gəlməyini gözlədim.
Taksimdə çay ikramından utanıb yemək sifariş verdiyimiz yerdə qalmışdım... Birdən gurultu qopdu. Rok səsi yayıldı, zərblər, bas gitarlar, sanki film çəkilişiydi. Bir açıq trolleybus keçdi, içində rok musiqiçilər. Tez qaçıb baxdım. Yorğun olmasam atılardım o trolleybusa, qoşulardım rokçulara, gedərdim qışqıra-qışqıra. Musiqi uzaqlaşdı, gəlib oturdum yerimə. Çox keçmədi yenə hay-küy qopdu. Qadın səsləri gəldi. Kimsə səsucaldanla çıxış edirdi, adamlar alqışlayırdı, adda- budda başqa səslər də duyulurdu. Yeməyimi qoyub qaçdım ora. Ömrümdə bu qədər qadını bir arada görməmişdim. Evdar qadınların aksiyasıydı. Dövlətdən tələbləri nə idi bir bilsəz. Evdarlığa görə əməklilik istəyirdilər. Pensiya. Bütün ömrümüzü evdarlığa həsr eləmişik, bu dövlət üçün vətəndaş yetişdirmişik, bu dövlətin erkəyinə qulluq eləmişik, haqqımızı istəyirik. Evdarlıq da sənətdir, biz də çalışmışıq ömrümüz boyu. Hələ erkəklərin arxasınca nə şüarlar səsləndirirdilər . Nələr demirdilər kişilərin ünvanına. Çox ilginc idi. Hətta rokçulardan da ilginc. Başımı soxdum qadınların arasından içəri görüm qabaqda dayananlar kimdir .Guya tanıyacaqdım. “Erkəklərin haqqımıza sahib çıkmalarına izn vermicez”. Hamı bir ağızdan “vermicez!”. “Biz de bu devletin vatandaşlarıyız, hakkımızı isticez!” “İsticez!”. Bir də ayıldım ki, əlimi qaldırıb mən də onlarla bir yerdə qışqırıram. Elə maraqlıydı ki. Bu yerdə telefonumun tərpənişi böyrümü qıdıqladı. Abla zəng vururdu. “Ay qız, hardasan tez gəl, ucuz taksi danışmışam, bizi otelə aparacaq”. Off, abla, off. Qoymur yaşayaq. Qayıtdım əlacsız-əlacsız geri. Yığışdıq ki, gedək yenə gurultu qopdu. Abla tələsik məni maşına basıb sürücüyə otelimizin yerini söylədi. Sür kardeşim, çabuk ol, yoksa bu şimdi inicek.
 
Hələlik bu qədər...
Aysel ƏLİZADƏ [email protected]



Bu yazı ( 810 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar