12px14px16px18px

YAŞADIĞIMI SANARKƏN...

Pablo NERUDA
15:06 / 03.10.2009
 
Səssizlik içində namaza duran insanlara baxanda heyrətlənirəm... Yüzlərcə insanın məsciddən kənardaykən ayrı-ayrı ifadələr daşıyan üzləri burda eynidir. Eyni yüksək, fəqət görünməyən bir gerçəyə inanmaq. Üzlərinə bir-birindən əsla seçilməyən bir iman uniforması geyindirilmiş kimi... Sonsuz olduğu zənnini verən bir səssizlik, ilk baxışdan imamın səsini yüksəltməsiylə pozulmuş kimi olur, fəqət Allahın böyüklüyünü ifadə edən səs, səcdə vaxtı itəndə, bir az əvvəlki səssizlik daha da qatılaşır. Arada bir sanki okean dalğalarının özünü sahilə çırpasını xatırladan bir uğultu gəlir. Axırda möminlər, uca rahatlıqdan döndüklərini, başlarını sağa və sola çevirərək bu yalançı dünyaya xəbər verirlər.İbadətini bitirən topluluq, yenə o şaşırdıcı səssizlik içində böyük qapıya istiqamətlənir. Özümü dərin bir ruh hovuzunda təmizlənmə halında hiss edirəm. Keçici, ötəri, fani olan hər şey, xalçalar, lampalar, qapı və divarlar, sanki canlıymış kimi sonsuzluqdan və əbədilikdən özlərinə bir şeylər qatıblar. Bu əlavəylə şəxsiyyət qazanıblar.Qapı daha çox qapı, xalça daha çox xalça... Gördüklərimin heç biri gündəlik gerçəklərlə əlaqali deyil. İnsanlar da o cür. Qapıdan içəri keçənə qədər onların özləri oldğuna and içə bilərəm. Fəqət qapıdan keçər keçməz , yaxud keçdiyi anda İlahiliyin sirri hamısını dəyişdirir. Zehnimizə yaxşıca yerləşmiş olan deyimlər də insanla bərabər dəyişir. Adi olan hər şeylə əlaqələrini qoparırlar. Qəlb yaxşıca təmizlənmiş və arınmış olduğuna görə sadəcə yaxşı olan şeylərə aşinalığımız davam eləyir və yenidən qüvvət qazanır. Bu məsciddən çıxan insanların, çöldəki adiliyinin təzyiqinə baxmayaraq pis nəsə düşünəcəyinə inanmıram. Zatən belədir. Mən heç vaxt gerçək bir möminin cinayət etdiyini eşitməmişəm. Mən bunları düşünərkən, ruh və qəlb təmizləyən güc öz işini davam etdirir. Beləcə yeni təmizlənmişlik dərəcələrinə çatıram.Burada, İslamın Xristianlıqla müqayisədə niyə daha çox yayılmadığının sirrinə də vaqif oluram: Böyüklüyü, gerçək böyüklüyü bütün ölçüləriylə qavraya bilmək üçün, böyük miqyaslı bir ruha sahib olmaq, bir də xoş niyyətli olmaq lazımdır. Həyatda böyük sıxıntıları olanlarla, aşılmaz kimi görünən fəlakətlərə düşənlər məscidə mütləq getməlidirlər. Orada hər şeyin ötəriliyi həmən anlaşılır. O dəqiqə hər şey - qübbələr, pəncərələr, içəriyə sinən hava ilə dəyişir. Bütün iztirablar və yaxamızı buraxmayacaq kimi görünən dərdlər, bizim üçün yadlaşır. Artıq işlərimi tezcə bitirib, hər gün məscidə gedirəm. Bir də Quranın tərcüməsini almışam. Tərcümənin orijinaldan bir çox dəyəri itirdiyi qənaətindəyəm. Fəqət oxuduğum tərcümə olsa belə, Böyük Kitabın heç nə itirmədiyi görünür. Bu, doğruluğun və gözəlliyin hər hansı bir kənar təsirlə pozulmayacağının ən açıq dəlili deyilmi?Bizlər susurduq. Bilmək acı çəkməkdir. Və bildik.Qaranlqdan çıxıb gələn hər xəbərLazımi kədəri verdi bizə:Gerçəyə çevrildi bu dedi-qodu,Qaranlıq qapını tutdu aydınlıq.Dəyişildi acılar.Gerçək bu ölümdə həyat oldu.Ağırdı səssizliyin çuvalı.Pablo NERUDA






Bu yazı ( 438 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar