12px14px16px18px

Bakı Musiqi Akademiyasının tələbəsi “Univision”un qalibi seçilib

00:38 / 19.05.2012
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycanda tələbələr arasında ilk dəfə olaraq gerçəkləşdirdikləri “Univision” mahnı müsabiqəsinin final mərhələsi mayın 17-də keçirilib. Heydər Əliyev Sarayında keçirilən müsabiqənin qalibi Bakı Musiqi Akademiyasının tələbəsi Kənan Qədimov elan olunub. Finalda 13 ali təhsil müəssisəsini təmsil edən iştirakçılar çıxış ediblər, səsvermə nəticəsində Bakı Musiqi Akademiyasının təmsilçisi qalib seçilib. Gənclər və idman naziri Azad Rəhimov tədbirdə bildirib ki, “Univision” mahnı müsabiqəsinin keçirilməsi ilk növbədə tələbələr arasında dostluğa yönəlib: “Müsabiqə göstərdi ki, ali təhsil müəssisələrinin tələbələrin yüksək peşəkarlığı var. Bu layihəni davam etdirmək lazımdır”. Nazir vurğulayıb ki, “Univision” mahnı müsabiqəsinin Azərbaycanda ilk dəfə olaraq keçirlidiyini nəzərə alan münsiflər heyəti finala on deyil, on üç universitetin keçməsinə qərar verib. Finala Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Kooperasiya Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Bizness Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Dövlət Dillər Universiteti yarışıblar. 1-ci yerin sahibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim edilib. Bundan əlavə qalib şəxs ATGTİ-nin fəaliyyətinə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bunula yanaşı Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır. S.QARAYEVA


Bu yazı ( 219 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar